Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2014
16:08
Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən aprelin 17-də Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcək. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Abşeron rayon Mədəniyyət Evində (ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 247) keçiriləcək.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
CAVANŞİROVA DİLARƏ NURƏDDİN QIZI. tərəfindən 23-07-2015 10:46:57 tarixində yazıldı
dilare-cavanş[email protected]
NAZİR CƏNAB FİKRƏT MƏMMƏDOVA YAZILAN MƏKTUBLAR ONA ÇATMADIQI ÜÇÜN ŞƏRH VASİTƏSİ İLƏ SÖZÜMÜ NAZİRƏ ÇATIRMAQ İSTƏYİRƏM.CƏNAB NAZİR QARADAĞ MƏHKƏMƏSİ İCRAÇILARI BİZİ 3-İLDİR Kİ CANA YIĞIB NİYƏ BİR SURAXANI QƏSƏBƏSİNDƏ YAŞAYAN HƏQİQİ ERMƏNİ AİLƏSİNƏ GÖRƏ.SİZƏ MİNLƏRLƏ MƏKTUB YAZMIŞAM.XAHİŞ EDİRƏM KÖMƏK EDİN.ARTIQ SÖZ BURDA YAZMAQ İSTƏMİRƏM.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 00:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com