
“Ümumiyyətlə ermənilər tarix boyu həmişə şərait gözləyiblər. Əllərinə düşən şəraitlərdən isə istifadə edərək özlərinin qondarma iddialarını ortalığa qoyublar.”
Bu sözləri FaktXeber.com-a Azad Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsinin qəbul edilməsinə münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, Azərbaycan torpaqlarının işğal faktı beynəlxalq təşkilatlar tərəfindən lazımı formada müdafiə edilmir: “Belə ki, beynəlxalq təşkilatlar təcavüzkarlara lazımı formada sanksiyalar və təzyiqlər göstərmirlər. Dünyada beynəlxalq hüququn iflic vəziyyətə düşməsi Azərbaycan kimi neçə-neçə suveren dövlətlərin ərazilərinin təcavüzkarlar tərəfindən işğal edilməsinə gətirib çıxarıb. Bütün dünya da bu cür hallara quru bəyanatlar verməklə seyrici mövqe sərgiləyir. Bu baxımdan ermənilərin müxtəlif qondarma iddialarla çıxış etməsi beynəlxalq hüququn bərbad vəziyyətdə olmasından xəbər verir. Ümumiyyətlə dünya cəngəllik qanunları ilə idarə olunur və kim güclüdürsə o da haqlıdır prinsipi əsas götürülür.”
Azərbaycanın Diaspor Təşkilatlarının ictimai rəydə sanki biznes təşkilatını xatırlatdığını bildirən Rövşən bəy, “düşünürəm ki, diaspor təşkilatları qarşılarına qoyduğu məqsəddən daha çox, bu məsələləri alver predmetinə çeviriblər. Hesab edirəm ki, Azərbaycanın Diaspor Təşkilatları üzərlərinə düşən vəzifəni yerinə yetirmir və ölkəni lazımı formada təmsil etmirlər”, - deyə qeyd etdi:
“Diaspor Təşkilatlarının əllərində olan böyük imkanlar yalnız şəxsi maraqlara xidmət edir. Baş verənlərə görə də ermənilər mövcud vəziyyətdən öz xeyirlərinə lazımı forçada istifadə edirlər.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO