Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2014
16:20
1135
“Qarabağla bağlı imzalanan sazişdə 20 il deyilən bir şey yoxdur”
Arif Yunus: “Bunu deyənlərin ya imzalanan sazişdən xəbərləri yoxdur, ya da ki, qəsdən cəmiyyəti çaşdırmaq istəyirlər”

Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs rejiminin bitməsinə bir ay vaxt qalır. 1994-cü il mayın 8-də atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkeş protokolu” həmin il mayın 12-də qüvvəyə minib. Müqaviləyə əsasən cəbhə bölgəsində aktiv münaqişə səngiyib. Sənədi ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Lakin “Böyük sülh” ələ edilmədi və 20 il müddətə razılaşdırılmış atəşkəs sona çatır.

Bəs 1 aydan sonra nə baş verəcək? Sazişin vaxtının sona çatması Qarabağ münaqişəsi ilə bağlı nəyisə dəyişəcəkmi? 

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən politoloq Arif Yunus bildirdi ki, may ayının 12-dən sonra da heç bir yenilik olmayacaq. 

Kiminsə münaqişə ilə bağlı nəyisə gözləməsinin və ya ümid etməsinin başa düşülən olmadığını söyləyən ekspert, “ status-kvo necə vardırsa, yəni nə müharibə, nə də ki, sülh hələ uzun müddət davam edəcək. Bir sözlə heç bir yenilik olmayacaq”, - deyə bildirdi: “Əvvəla imzalanan sazişdə 20 il deyilən bir şey yoxdur. Bunu deyənlərin ya imzalanan sazişdən xəbərləri yoxdur, ya da ki, qəsdən cəmiyyəti çaşdırmaq istəyirlər. Saziş ilk öncə 1994-cü ilin may ayında 3 aylıq imzalandı. Lakin sonradan qərara gəldilər ki, imzalanan sazişdə heç bir rəqəm olmasın və “Böyük sülh” əldə edilənə qədər davam etsin. Yəni 5, 10 və ya 20 illik saziş deyilən bir şey yoxdur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru