Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2014
15:25
620
Qarabağ təşkilatları AŞPA-ya müraciət etdilər

FaktXəbər-in məlumatına görə, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Azad İsazadə, Rövşən Əhmədli, Jalə Cəfərova, Firidun Məmmədov, Etimad Əsədov, Alman Abbasov, Vüsal Hətəmov, Məmmədhəsən Həsənov, Növrəstə İbrahimova, Növrəstə Yusifova, Rizvan Talıbov AŞPA-nın sədri An Brassörə müraciət göndəriblər. Müraciətdə göstərilir:
Biz, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar Sizə müraciət edirik.

Avropa Şurası Parlament Assambleyasının Rusiyaya qarşı sanksiyalarını, Rusiyanın Ukraynaya təcavüzünü pisləməsini, Rusiyanın səsvermə hüququndan məhrum edilməsini tam dəstəkləyir və vaxtında qəbul edilmiş qərar hesab edirik. Biz hesab edirik ki, işğalçı dövlətə qarşı məhz bu cür addımlar atılmalıdır. Belə işğalçı dövlətlərdən biri də Rusiyanın birbaşa iştirakı və yardımı ilə Azərbaycana təcavüz etmiş Ermənistandır. Ona görə də Sizi və rəhbərlik etdiyiniz təşkilatı işğalçı Ermənistana qarşı da eyni addımları atmağa çağırırıq. Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt edib və bugün işğal altında saxlayır. İşğalçı Ermənistan Avropa Şurasından çıxarılmalı və digər sanksiyalara məruz qalmalıdır. Siz bu addımı atmasanız, onda özünüzü ifşa edəcək, obyektiv olmadığınızı göstərəcəksiniz. Biz hesab edirik ki, işğalçı Ermənistanın heç bir beynəlxalq təşkilatda qalmağa haqqı yoxdur. Bu işğalçı dövlət bütün beynəlxalq təşkilatlardan çıxarılmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru