Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2014
16:11
Polis yaşlı qadının döyülməsini gizlədir
Aslan İsmayılov məsələ ilə bağlı ictimaiyyətə müraciət etdi

Tanınmış vəkil Aslan İsmayılov dünən Badamdar qəsəbəsində baş verən tükürpədici hadisə ilə bağlı öz "facebook" səhifəsindən ictimaiyyəti müraciət edib. Müraciəti təqdim edirik: "Siyasi partiya, ictimai təşkilatlar, xüsusilə insan haqları ilə məşğul olan QHT, KİV rəhbərlərinin nəzərinə: Bu dəqiqələrdə xəbər portalları Səbail polisinə istinadən xəbər yayıblar ki, guya dünən həbs olunan Zakir Hüseynovun 102 xidmətinə zəngindən sonra onun evinə gələn 2 nəfər polis işçisinə xəsarətlər yetirib. Bu həmin Zakir Hüseynovdur ki, iki gündür bütün xəbər portalları onun, 76 yaşlı anasının, həyat yoldaşının və qızının Səbail polis idarəsi 8-ci polis bölməsinin əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsindən, Zakir Hüseynovun isə vəzifəli şəxslərin sifarişi DİN-in təşkilatçılığı ilə həbs olunmasından yazır. Hadisə barədə mətbuatda kifayət qədər məlumat yayıldığından bir daha təkrarlamaq istəmirəm. Mətbuatda yayılan Zakir Hüseynovun özünün evinə köməyə çağırdığı polis işçilərinə guya xəsarətlər yetirməsi, törədilmiş cinayəti ört basdır etmək üçün polis orqanları tərəfindən atılmış növbəti böhtandır.

Hörmətli dostlar! Baş verənlər tək Zakir Hüseynovun ailəsinin, Aslan İsmayılovun faciəsi deyil. Bu həm də bizim hamımızın faciəmizdir. Zakir Hüseynovun ailəsinin başına gələnlər bizim hər birimizin başına gələ bilər. Ona görə də Sizdən bu məsələni araşdırmağı, münasibət bildirməyi və diqqətdə saxlamağı xahiş edirəm.

P.S. Bir daha vurğulayıram, heç vaxt heç bir qanun pozuntusuna yol verməmişəm və vermək fikrində də deyiləm. Gördüyüm haqsızlıqlara susmamışam və susmayacam. Mənə qarşı baş verə biləcək istənilən təxribat mənim ictimai mövqeyimlə bağlıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
90

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
275

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
256

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
246

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
278

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 12:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru