Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2014
14:33
İndi mən nə edim cənab Prezident?

Qarabağ əlili ona olunan haqsızlıqla bağlı ölkə prezidentinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

Mən,  Mahir Həmidov Sizə yenidən Müracət edirəm. Özüm müharibə əliliyəm. Iki xəstə  uşağım var. Niyə bu cür üzdəniraq iş adamları bizim kimi sadə adamların əsəbləri ilə oynayırlar. Mən ona görə Qarabağda vuruşmuşam ki, bu cür üzdəniraq iş adamları bizim başımıza oyun açsın.

Sabunçu rayonu ərazisində yerləşən Razin qəsəbəsində restoran tikintisinin sahibi iş adamı Füzuli, iş icraçısı Emin və Tahir məndən  maya dəyərinə 880 manatlıq kafel yapışdırıcısı alaraq onun pulunu yerində ödəyəcəyini bildirdi (İndiyə kimi 350 manat  da pul xərcləmişəm).  Onlar malı restoranın sahəsinə boşaltdıqdan sonra pulu verməkdən imtina etdilər. Sonda  “Bilirsən, məndən pul gözləmə. Mən Bəylər Əyyubovun adamlyam. Get hara istəyirsən şikayət et.
880 manat yəqin böyük məbləğ olduğuna görə  restoran müdiri və iş icraçıları onu  General Bəyylər Əyyubovun adı ilə bağlayırlar. İndi yeni dəb halını alıb. Kimi dindirisən deyir mən filənkəsin adamıyam.

Neçə illər Qarabağda vuruşub əlil oldum ki,  bu cür  insanlara mal satım sonda da pulu verməkdən imtina edərək Bəylər Əyyubovun adından istifadə etsinlər.

Bütün lazımi istansiyalara müraciət etmişəm (12-ci bölməyə,Sabunçu rayon Polis İdarəsinə, Sabunçu rayon  Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna, Bak şəhər Polis İdarəsinə ərizə ilə  müraciət etmişəm). Bu günə qədər heç bir tədbir görülməyib və mənim haqqım bərpa olunmayıb. Yuxarıda adları çəkilənlər ötür-ötür oyunu oynayırlar.  Hər dəfə də işi aparan Sabunçu  rayon Polis İdarəsinin müstəntiqi  Asəfin  marağında nədirsə məni get-gələ salıb mənim üstümə çığırır. Hətta o (mən buranın sahibiyəm) deyir. Demək olar ki, belə adamlara “krişalıq” edir.Nə vaxt soruşuramsa deyir axtarışdadır. Halbuki həmin adamlar iş yerlərində işdə işləyirlər.  Onun yalnız bir sözü var. Gözlə....
İndi mən nə edim cənab Prezident?

Malı boşaltdığım ünvan: Sabunçu rayonu ərazisində yerləşən Razin qəsəbəsi çörək zavodunun və Fidan restotanının  yanı
Yaşadığım ünvan:  Nərimanov rayonnu, Böyükşor qəsəbəsi, Ziya Bünyadov ev 50 a, əlaqə tel:   050 644 17 72

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
136

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
517

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru