Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2014
17:16
900
Sarkisyandan Türkmənistana `Qarabağ minnətdarlığı`...

“Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir və faktiki durum de-yure də ifadə olunmalıdır. Ermənistan bizim üçün ən vacib bir məsələdə neytrallıq və anlaşma göstərdiyi üçün Türkmənistana minnətdardır”. 

Bunu Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu gün prezident Qurbanqulu Berdımühəmmədovla birgə keçirdiyi mətbuat konfransında deyib. 

Bu açıqlamaya türkmən prezidentin hansı reaksiya verdiyi bəlli deyil. Ancaq türk torpaqlarının 20 faizini zəbt edərək orada etnik təmizləmə aparan, Xocalı soyqırımını həyata keçirən bir işğalçı ölkənin başçısına, həm də Xocalı canisinə qucaq açmaq, onun şərəfinə təntənəli qəbul və ziyafət təşkil eləmək türkmən xalqını dərin tarixi-mənəvi tellərlə bağlandığı Azərbaycan xalqına təhqirdir. Heç olmasa, Özbəkistan kimi Ermənistanla məsafə saxlamaq olardı. 

Qeyd edək ki, az öncə Berdımühəmmədov Azərbaycan prezidenti İlham Əliyevi də Türkmənistana rəsmi səfərə dəvət edib./Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru