Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2014
12:23
FTX-da Doku Umarovun ölümünü təsdiqlədi

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Qafqaz əmiri" adı ilə məşhur olan Doku Umarovun öldürülməsini rəsmən təsdiqləyib. FTX-nin direktoru juranlistlər qarşısında çıxışı zamanı bildirib ki, çeçenlərin səhra komandiri Rusiya təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilib.

Buna qədər Doku Umarovun ölüm xəbərini ilk dəfə Çüçünistan prezidenti Ramzan Kadırov açıqlamış, ardınca isə terror qruplaşmalarına yaxınlığı ilə tanınan "Kavkaz Center" saytı də təsdiqləmişdi.

Məlumat üçün bildirək ki, Doku Umarov Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri, qlobal terrorçu idi. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib.

Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.

İkinci çeçen müharibəsi zamanı – 2000-ci ildə Qroznıda çənəsindən yaralanıb. 2002-ci ildə çeçen silahlılarının qrupunda qərb cəbhəsinin komandanı, 2004-cü ildə Milli Təhlükəsizlik Xidmətinin direktoru, 2005-ci ildə vitse-prezident təyin olunub.

Hazırkı Çeçenistan administrasiyasını tanımayan çeçen döyüşçüləri Umarovu İçkeriya Respublikasının son prezidenti (2006-2007) kimi sayırdı.FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Qafqaz əmiri" adı ilə məşhur olan Doku Umarovun öldürülməsini rəsmən təsdiqləyib. FTX-nin direktoru juranlistlər qarşısında çıxışı zamanı bildirib ki, çeçenlərin səhra komandiri Rusiya təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İranda avtobus aşıb, yaralananlar var

09

Dekabr
10:00
DÜNYA
81

Atəşkəs rejimi 22 dəfə pozulub

09

Dekabr
09:45
HƏRB
150

Kənd yumurtaları alarkən diqqətli olun

09

Dekabr
08:40
ÖLKƏ
383

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

09

Dekabr
08:34
HÜQUQ,HADİSƏ
301

Bakıda bacı və qardaş bıçaqlanıblar

09

Dekabr
08:30
HÜQUQ,HADİSƏ
344

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
707

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
354

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
367

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
338
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 10:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru