Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2014
11:30
634
Avtoxuliqanların və polisə tabe olmayanların əksəriyyəti məmur balalarıdır
Mahmud Hacıyev: “Əvvəlki illərdə yol polisinin avtomobilləri qovması ilə bağlı icazə verilsə də, sonradan bu məsələ qadağan edilmişdi”

Bundan sonra nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin  nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər. Bununla bağlı Milli Məclisdə müvafiq qanun layihəsi hazırlanıb.

Lakin hazırda qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Yeni qanun layihəsi ilə bağlı FaktXeber.com-a açıqlama verən Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev maraqlı fikirlər səsləndirdi. 

Ekspertin sözlərinə görə, əvvəlki illərdə yol polisinin avtomobilləri qovması ilə bağlı icazə verilsə də, sonradan bu məsələ qadağan edildi: ”Lakin qadağalara baxmayaraq müəyyən hallarda yol polisi əməkdaşları qanunu pozaraq avtomobillərin arxasınca düşürdülər. Həmin dövrdə paytaxt Bakıda və digər yerlərdə bir neçə dənə bədbəxt hadisə baş vermişdi. Hətta bir neçə polis əməkdaşı da hadisələrlə bağlı həbs edilmişdi.”

Yenidən müəyyən şərtlər çərçivəsində yol polisinə belə bir icazənin verilməsinin düzgün qərar olduğunu söyləyən Mahmud bəy, “ümumiyyətlə hər hansı hüquqi akt, norma və ya əmr veriləndə, dəyişdiriləndə, əməkdaş gərək ona hüquqi baxımdan yaxınlaşsın. Yəni sui-istifadəyə yol verməsin”, - deyə bildirdi: 

“Əgər hər hansı bir avtomobildə silah, narkotik olmasına dair polisdə dəqiq məlumat varsa, sürücü də öz növbəsində tabe olmursa, onda polisin avtomobili təqib etməyi qanuni baxımdan düzdür. Ona görə də hüquq mühafizə orqanının əməkdaşları hadisələrə peşəkarcasına yanaşmaqla birgə öz işini professional formada görməlidir ki, cinayətkarla qeyri-cinayətkarı ayıra bilsin.”

Müsahib sonda bildirdi ki, avtoxuliqanlıqla məşğul olan sürücülərin əksəriyyəti dövlət məmurlarının övladlarıdır: “Axırıncı dəfə baş verən bir neçə ağır yol qəzaları bunu deməyə əsas verir. Necə ki, məşhur tarzən Ağasəlim Abdullayevin ailəsi avto qəza nəticəsində bədbəxt oldu. Bahalı avtomobil sürərək polisə tabe olmayanların əksəriyyəti məmur balalarıdır. Yeni qanun qüvvəyə minməyənə qədər həmin məmur balaları arxayın idi ki, polis onlar təqib etməyəcək.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
854

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru