Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2014
21:45
Əsgər hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələdi

Azərbaycanda hərbi hissədə silahlı insident olub. Hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.

Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib. R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, güllə yarası alan hərbi hissə komandiri müavininin vəziyyəti yaxşıdır. 

FaktXəbər-in məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov isə virtualaz.org-a açıqlamasında bildirdi ki, onun əldə etdiyi məlumata görə, yaralanan zabitin vəziyyəti ağırdır. Hərbi ekspert bu hadisənin ehtiyatsızlıq üzündən baş vermədiyini də istisna etmədiyini söyləyib: “Ehtiyatsızlıq nəticəsində baş verməsi inandırıcı deyil. Əldə etdiyim məlumata görə, zabit Ramil Əliyevin vəziyyəti ağırdır. Bu gün bir zabitimiz də intihar edib. Ola bilsin ki, bunu nəzərə alaraq bu məsələni gizli saxlamağa çalışırlar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru