Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2014
21:06
552
Ermənistan iqtisadiyyatının xarabalıqları
Erməni politoloq: “Artıq Ermənistan suverenliyinin başa çatması barədə memoranduma qol çəkmək lazımdır”

“Real iqtisadiyyatı olmadığından Ermənistana nə dünya maliyyə sistemində, nə də Gömrük İttifaqında yer yoxdur". 

ANS-in məlumatına görə, bu barədə erməni təhlilçi Naira Ayrumyan bu gün dərc olunmuş məqaləsində bildirib. 

Məqalə müəllifinin fikrincə, Ermənistanın iqtisadi inkişafına daxili düşmənləri - inhisarçılar, oliqarxlar və Ermənistandan kənardakı qüvvələrə tabe olan hakimiyyət mane olur. 

Baş nazir Tiqran Sarkisyanın istefasına toxunan şərhçi eks baş nazirin 3,5 illik fəaliyyəti boyunca Ermənistanı Avropa Birliyinin azad ticarət zonasına və dünya maliyyə sisteminə inteqrasiyaya hazırladığını bildirib. “Dünya maliyyə sistemi yırtıcıdır, heç nə düşünmədən maddi istehsaldan imtina edən və asan yol seçən ölkələrin iqtisadiyyatını udur. Bu ölkələr Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun borclularına və girovlarına çevrilirlər, onlardan tam asılı vəziyyətə düşürlər. Tiqran Sarkisyan bu vəzifənin öhdəsindən parlaq şəkildə gəldi - onun baş nazirliyi dövründə Ermənistanda demək olar ki, sənayeyə sərmayə yatırılmayıb, amma banklar çiçəklənib, icbari sığorta tətbiq edilib, icbari yığım sistemi, cərimələr sistemi tətbiq edilib, xarici borc artıb, pulların ölkədə maneəsiz dövr etməsi üçün hər şey edilib. Heç kimin onlara mane olmaması üçün işçi qüvvəsinin ixracı stimullaşdırıldı, başqa ölkələrdə istehsal stimullaşdırıldığı halda, Ermənistanda yalnız idxal artırıldı”,- deyə Naira Ayrumyan vurğulayır.

Məqalə müəllifinin fikrincə, Tiqran Sarkisyan, bəlkə də, Avropa Birliyinin azad ticarət zonasına qoşulmaq nəticəsində sərmayələrin artacağına ümid edib. “Amma 3 sentyabr bütün planları dəyişdi”,- deyən şərhçi Ermənistanın Gömrük İttifaqına girmək niyyəti barədə bəyanatını xatırladır: “Bu gerçək iflas idi - iqtisadiyyat dağıdılıb, Avropa sisteminə inteqrasiya ümidləri puça çıxıb. Ən dəhşətlisi isə erməni iqtisadiyyatını yerli-dibli məhv edəcək Gömrük İttifaqına girmək istəyidir”. 

Naira Ayramyan məqaləsini Ermənistanın ultramillətçi politoloqlarından biri olan İqor Muradyanın sözləri ilə bitirir: “Artıq Ermənistan suverenliyinin başa çatması barədə memoranduma qol çəkmək lazımdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
536

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
756

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1473

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
154

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1746

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
783

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
213

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
182

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
220

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
188
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru