Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2014
23:50
Ərdoğan İlham Əliyevə nurçuların siyahısını təqdim etdi

“Nurçular”la bağlı məsələ prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın görüşündə müzakirə edilib.

Türkiyənin baş naziri nurçuların hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı nurçularla bağlı siyahı təqdim edilib.

Həmçinin, Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: “Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.

R.T.Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru