Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2014
16:24
Xalqı təhqir edən “millət vəkili”nin milli məclisdə oturmağa haqqı yoxdur

“Bakının mədəniyyətini rusdilli bakılılar, ermənilər, ruslar, cuhudlar yaratmışdılar. Onlar bir anın içərisində getdilər, boşluq yarandı. Və onların əvəzinə yurd-yuvasından məcburən didərgin düşmüş, ac-yalavac, yəni tamam başqa mühitdən gəlmiş, müasirliyə aidiyyəti olmayan, əksəriyyəti televiziya, hətta radio görməyən aqressiv, öz yaxınlarını itirmiş insanlar gəlib şəhər mühitinə düşdülər. Yəni qaçqınlıq vaxtı gəlmiş gənclərin əksəriyyəti tərbiyə, təhsil, mədəniyyət görmədilər”.

Məlum olduğu kimi, bu sözləri ANS-in efirində “Rövşanə ilə hər bazar” verilişində, bu ifadələrdən sonra əslində hansı millətin vəkili olduğu bilinməyən Etibar Hüseynov deyib. Vaxtilə parlamentin spikeri Oqtay Əsədovun dediyi kimi, tormozu tutmadı, səviyyəli ifadə işlətməyə səviyyəsi çatmadı. Əslində, millət vəkili Bəxtiyar Sadıqov demişkən, “P.S. ustası olan, həmişə P.S. danışan”, Azərbaycan cəmiyyətinin, çoxmilyonlu teletamaşaçı auditoriyasının buna qədər də təhqir üzrə mütəxəssis kimi tanıdığı məxluqdan heç kəs səviyyəli heç nə gözləmirdi. Amma söhbət həm də bütövlükdə Azərbaycan xalqını təhqir etməkdən getdiyi üçün məsələ çox ciddidir.

Dəyərli oxucular! Fikir verirsinizmi, Etibar Hüseynov adlı məxluqa görə Bakının mədəniyyətini ermənilər, ruslar və cühudlar təşkil edib. Və onların getməyi ilə Bakı mədəniyyətsizləşib. Yəni bu sözlərdən sonra milli kimliyi şübhə doğuran həmin məxluq təkcə qarabağlıları deyil, həm də bakılıları, bütövlükdə xalqımızı təhqir edib. Ermənilərin, rusların, cühudların həsrətin çəkən, onları mədəni, bizləri mədəniyyətsiz adlandıran məxluq , görəsən, özünü hansı millətin nümayəndəsi sayır? Çox qəribədir, Azərbaycan parlamentində oturub ermənilərə vəkillik edir.

Əlbəttə, qəribə olanı təkcə bu deyil. Görəsən, bu məxluq Əkrəm Əylislini hansı haqla yıxıb sürüyürdü? Daha kəskin yazmadığına görəmi? Hər halda belə çıxır. Və görəsən, məhdud arenalı Facebook-da “tərbiyəsizlik” (yəni əslində tənqid, ən uzağı təhqirə cavab) göstərməklə, milyonlarla tamaşaçı auditoriyasına malik teleməkanda tərbiyəsizlik etməyin fərqini anlayırmı?

Mən “Daş yuxular”ında xalqımızı təhqir edən, alçaldan, düşmənimizi ucaldan Əkrəm Əylislini daş-qalaq etməyə, qulağını kəsməyə hazırlaşanlara, haqlı olaraq tənqid atəşinə tutanlara, məsələnin müzakirəsini aparan Milli Məclisə, millət vəkillərinə, Azərbaycan Yazıçılar Birliyinə, hökumət və qeyri-hökumət təşkilatlarına, bundan ötrü şərait yaradan telekanallara, nəhayət Etibarın deputat seçilməsindən xəbəri olan seçicilərə (şübhəsiz ki, əgər beləsi varsa) müraciət edirəm. İndi haradasınız, niyə susmusunuz? Yəni yazıçı Əkrəmlə, “millət vəkili” Etibarın qarışdırdığı qələtin mahiyyəti eyni deyilmi? Eynidir! Birincinin bütün titulları haqlı olaraq əlindən alındı. Amma ikincinin eyni təhqiri sükutla qarşılanır. Əgər Əylisliyə qarşı kəskin hücumlar hansısa pultun düyməsi ilə idarə olunmurdusa, onda ermənini ucaldıb azərbaycanlıları alçaldan bu məxluq da qanun qarşısında cavab verməli, qanunlarımıza uyğun cəzalanmalıdır.

Sözügedən məxluqun səviyyəsiz ifadələrinə münasibətini açıqlayan bəzi millət vəkilləri onu bölücülük aparmaqda, iğtişaşa təhrik etməkdə, ölkənin hərbi doktrinasına zidd şəkildə, Ali Baş Komandanın əmri olmadan insanları silahlı quruplaşma yaradıb döyüşə səsləməkdə, ümumiyyətlə təxribatçılıqda suçladılar. Sual yaranır: təxribatçının, “tormozu tutmayan” “adamın” ali qanunverici orqanda nə işi var? Belə çağırışlara görə həbs olunanlar yoxdurmu? Var. Prezidentin əmri olmadan insanları müharibəyə çağırmaq cinayətdir. Qanunlarımıza görə, burdan Suriyaya gedib vuruşan Azərbaycan vətəndaşlarını təxminən 12 il həbs cəzası gözləyir. İndi eyni çağırışı edən E.Hüseynov nədən məsuliyyətə cəlb olunmur? Nədən hüquq-mühafizə orqanları susur? Axı artıq Azərbaycan xalqından üzr istəyən Ə.Əylislinin “Daş yuxu”larını uzağı bir neçə min nəfər oxuya bilər, amma Etibarın dediklərini bir neçə milyon tamaşaçı auditoriyasına malik TV yayır. Hətta bunu əcnəbilər, o cümlədən ermənilər, ruslar da eşidirlər. Axı bu fikirlər, fərqi yoxdur, dolayı yolla, yaxud birbaşa Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda ermənilərin xeyrinə işləyir. 

Əziz oxucular! İşğalçı ruslar, ermənilər, cuhudlar mədəni ola bilərmi? Yox! Hərçənd kimsə deyə bilər ki, işğalçılığın xalqa yox, hansısa dövlətə aidiyyəti var. Amma mən bununla qətiyyən razılaşmıram. Rusiyanın, Ermənistanın rəhbərliyində yüz illərdir eyni adamlar təmsil olunur ki? Xeyr. Ancaq işğalçı siyasət əsrlərdir ki, dəyişmir. Yəni rəhbərlik “işğalçılığa dəxili olmayan” həmin xalqın içərisindən çıxır. Bizim isə bir xalq, bir dövlət olaraq heç kəsin ərazisində gözümüz olmayıb. Bəs E.Hüseynov nədən bizi mədəniyyətsiz adlandırır? 

Mən xalqı bölməyin, bölgəni bölgəyə qarşı qoymağın yolverilməz olduğunu deyən millət vəkili Aydın Mirzəzadənin, eləcə də münasibətini bildirən bir neçə nəfər digər millət vəkillərinin mövqeyini təqdir edirəm. Amma yenə də təkrarlayıram ki, burda söhbət təkcə qarabağlılardan, qaçqınlardan, məcburi köçkünlərdən getmir. Üzdəniraq “millət vəkili” həm də bakılıları, bütövlükdə Azərbaycan xalqını təhqir edir, milləti aşağılayır. Adi bir vətəndaş, adi bir jurnalist bir nəfəri yüngülvari təhqir edəndə qanunlarımıza görə ona qarşı cinayət işi açılır, inzibati cəza verilir, cərimə olunur. Amma Etibar bütövlükdə milləti alçaltdığına, heysiyyatına toxunduğuna, düşmənlərimiz olan erməniləri, rusları, cuhudları isə əksinə, yüksək mərtəbəyə qaldırdığına baxmayaraq, ona “gözün üstə qaşın var” deyən tapılmır. Belə fikirlər təəssüf ki, ondan əvvəl də özlərini Azərbaycan ziyalısı adlandıran bəzilərinin rus, erməni və cuhud qoxulu ağızlarından çıxmışdı. Sual yaranır. Görəsən, belə ifadələr sadəcə Etibaramı məxsusdur, yoxsa onu dilləndirən, “düyməsini” basan var? Axı nədən Azərbaycan xalqına qarşı belə təhqirlər səsləndirilir? Bunun arxasında kimlər və nə üçün dayanırlar? Hər halda torpaqlarımızı işğala məruz qoyan erməniləri, rusları göyə qaldırıb, bizləri aşağılayan “millət vəkili”nin Milli Məclisdə oturmağa haqqı yoxdur.

Nəriman Mahmud

Yazıçı-publisist

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Taleh Ekberov tərəfindən 03-04-2014 11:55:14 tarixində yazıldı
xalqı təhqir edən
Qarabaglilarin teqir olunmasni umumu xalqin ayagna yazmaq duzgun deyil!
Natavan Qarabağlı tərəfindən 03-04-2014 20:15:25 tarixində yazıldı
Xalqı təhqir edən "deputat"
Əslində bunun PS lərinə baxandan,ona nifrətim vardı...Hansısa maddiyyətə görə,kimlərinsə əlində alətə çevrilmək...Allah göstərməsin..bir qısa həyat sürürük,kişi kimi yaşamaq lazımdır.O millət vəkili seçiləndə..mat qaldım.hansı nailiyyətlərinə,insani keyfiyyətlərinə görə??? İndidə,bax belə oluruq,SƏHV DÜŞƏNDƏ YERİMİZ((( erməni gülləsi dəysin onun dilinə...saytlarda millət bir-birini qırır, birliyə səsləməkdən,gəncləri iki cəbhəyə bölüb-bakılı-çuşka.İndi deyin görək,çuşka Qəhraman qarabağlılardır,yoxsa bu səviyyəsiz???
Neriman Mahmud tərəfindən 04-04-2014 05:33:15 tarixində yazıldı
Xalqı təhqir edən “millət vəkili”nin milli məclisdə oturmağa haqqı yoxdur
Birincisi, təkcə qarabağlıları yox, bütövlükdə xalqı təhqir edib. "ermənilər, ruslar, cühudlar Bakını tərk edəndən sonra Bakı mədəniyyətsizləşib". Sizcə burda təhqir yoxdur? Belə çıxmırmı ki, azərbaycanlılar mədəniyyətsiz, ermənilər mədəniyyətlidir? Belə çıxmırmı ki, Bakı yalnız onların hesabına mədəniyyətli şəhər olub vaxtilə? Bir də ki, sizcə, qarabağlılar xalq deyil? Bu nə bölücülükdür? Sizin fikirlərinizdən belə çıxır ki, hansısa bölgə işğal olunsa, bunun bütövlükdə Azərbaycana dəxli yoxdur?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com