Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2014
16:12
4798
Əvvəl G8-dən çıxardılar, indi də NATO-dan

NATO tərəfindən verilən rəsmi açıqlamada Rusiya ilə əlaqələrin təxirə salınması, amma eyni zamanda bəzi mövzularda əməkdaşlığın davam etdiriləcəyi barədə bildirilir. Bu açıqlamanın nə məna verdiyi barədə qısa bir baxış edək.

FaktXəbər-in məlumatına görə, NATO-nun açıqlamasında həmçinin bildirilir ki, iyunda keçiriləcək toplantıda əlaqələrin nəzərdən keçirilməsinə qərar veriləcək. NATO xarici işlər nazirləri tərəfindən açıqlanan bəyanatda təxirəsalma qərarına baxmayaraq, NATO-Rusiya Şurasında böhran mövzusunda fikir mübadiləsinə şərait yaratmaq məqsədi ilə səfirlər və yüksək çinli nümayəndələr səviyyəsində siyasi dialoqun davam edə biləcəyi də vurğulanır.

RUSİYANIN BEYNƏLXALQ TƏŞKİLATLARDAN ÇIXARILMASI QANUNU

Son NATO qərarı Rusiyanın Krıma etdiyi müdaxilədən sonra Qərb dünyasının Rusiyaya qarşı tətbiq etməyə çalışdığı sanksiyalardan biridir.Bu sanksiyalar  Rusiyanın beynəlxalq təşkilatlardan çıxarılması qanununa söykənir. Çünki bundan əvvəl də Rusiya G8 klubundan çıxdı, ya da çıxardılar.

Ümumilikdə isə Rusiyanın NATO ilə əlaqələri 2000-ci illərin əvvəlinə gedib çıxır. Söhbət NATO Şurası çərçivəsindəki əməkdaşlıqdan gedir. Bu, Rusiya ilə NATO arasındakı ən yüksək səviyyəli əlaqə idi. Ancaq Sovet İttifaqının çökməsindən əvvəl də sülh üçün əməkdaşlıq layihəsi çərçivəsində Rusiya əməkdaşlığı başladılmışdı.

NATO ƏFQANISTANDA RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI İSTƏYİR

Bu gün isə NATO əlaqələri təxirə saldığını açıqlayır, ancaq sonra başqa bir şərh verilir. Bu da NATO-nun Əfqanıstandan çıxma müddətində Rusiya ilə əməkdaşlığı davam etdirəcəyinə bəslənən ümidlə bağlı idi. Görünən odur ki, NATO Rusiyasız Əfqanıstanda çətinliklə üzləşəcəyini anlayıb.

RUSİYANIN QƏRB KLUBUNDA İŞTİRAKINA İCAZƏ VERMƏYƏCƏYİK

Demək, söhbət Qərblə bağlıdır. Yəni demək istəyirlər ki, "bundan sonra Rusiyanın Qərb klublarında iştirakına icazə verməyəcəyik." Kənarda  Rusiyanı da maraqlandıran təhlükəsizlik mövzularında, məsələn Əfqanıstan Rusiyanı birbaşa maraqlandırır, həmçinin Orta Asiya da, əməkdaşlıq ediləcək, amma Avropa qitəsində, ya da qlobal ölçüdə NATO-nun maraq sahəsinə girən mövzularda Rusiya kənarda saxlanılacaq.

NƏ RUSİYA, NƏ DƏ NATO ZƏRƏR GÖRƏCƏK

Diqqət yetirsək görərik ki, NATO və Rusiya bəzi mövzularda tamamilə bir-birlərini rədd edə bilməzlər. Əməkdaşlıq, ya da qarşıdurma spesifik mövzularda baş verir. Əlaqələr təxirə salındı deyilir, amma Əfqanıstandan başqa hər hansı böyük və əhəmiyyətli bir əməkdaşlıq yox idi. Bu da bir faktdır. Məsələn, iqtisadi mənada əhəmiyyətli bir sanksiya tətbiq etmirlər. Yalnız bəzi şəxslərə və dövlət vəzifəlilərinə sanksiya qərarları qəbul etdilər, çünki özlərinə zərəri yoxdur bunun. Ehtimal ki, bu vəziyyət eyni şəkildə də davam edəcək. Əvvəllər yalnız dialoq şəklində davam edən NATO-Rusiya əməkdaşlığında yalnız görüşlər kəsiləcək. Ondan başqa nə Rusiyaya, nə də NATO-ya zərər dəyməyəcək.

ABŞ GETDİKCƏ KRIM MƏSƏLƏSİNİ GÖRMƏZLİYƏ VURACAQ

Bu dövr keçicidir. Krım məsələsi Rusiya üçün artıq həll edilib və ABŞ, ya da NATO tərəfindən bu mövzu bir müddət sonra görməzliyə vurulacaq. Ancaq tərəflər Ukrayna böhranının həll edilməsi mövzusunda dialoqu davam etdirəcək və bir neçə ay sonra söz-söhbət unudulacaq, yenidən əməkdaşlıq başlayacaq. 

Bəs Rusiyanın Qərbə cavabı necə olacaq? Bu barədə fikirlər müxtəlifdir. Rusiyanın əsas cavablarından birinin Qərbin möhtac qaldığı mavi yanacaq olduğu şübhəsizdir. Zaman-zaman Rusiya özünə qarşı yönəlmiş təzyiqlərə məhz bu “silah”la cavab verib və Qərbin aparıcı ölkələrinin sanksiyaları dəstəkləməməsinə səbəb də budur. Çünki ABŞ-ın vəd etdiyi mavi yanacağın Avropaya çatması üçün ən azı bir il lazım olduğu deyilir və həmin qazın hansı müddətə qədər veriləcəyi məsələsi də açıqdır. Səbəb isə məlumdur: ABŞ öz təbii ehtiyatlarından istifadə etmək niyyətində deyil. Başqa bir təzyiq vasitəsi isə Rusiya prezidenti Vladimir Putinin tez-tez xatırlatdığı borclardır. Əgər sanksiyalar başlayarsa, Putin Rusiyanın Qərbə ödəməli olduğu kredit borclarından imtina edəcəklərini səsləndirir. Bu da hamısı deyil. Təkcə Almaniya ilə Rusiya arasındakı ticarət dövriyyəsi 75 milyard dollardır və Almaniya bu ticarətin dayanmasını istəməz, həmçini digər ölkələr. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 21:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com