Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
13:06
1121
Amerika Qarabağın Azərbaycana qaytarılmasının qarşısını necə alıb?

FaktXəbər-in verdiyi məlumata görə, Ermənistanın birinci prezidentinin  sabiq müşaviri  Jirayr Liparityan ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın ötən əsrin 90-cı illərinin sonunda Levon Ter Petrosyanın istefasında əli olduğunu bəyan edib.

«Nuland çoxdan işləyir. Bizim zamanımızda o, Ermənistana danışıqlar üçün gəlmişdi. Nuland 1997-98-ci illərdə Ermənistanın daxili məsələlərində, o cümlədən Ter Petrosyanın  istefasında həlledici rol oynayan şəxslərdəndir», - deyə Liparityan ermənistanın «168 saat» qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə Amerika  Ter-Petrosyanın əleyhinə idi: «Amerikanın Ermənistanda həmin dövrdə olan səfiri Piter Tomson  müxalifəti dəstəkləmək üçün əlindən gələni etdi. O, Ter Petrosyanı devirmək üçün uzun müddət işlədi».
Sabiq müşavir 1998-ci ildə Robert Köçəryanın hakimiyyətə gəlməsində də amerikalı diplomatların vacib rolunu bəyan edib.

Qeyd edək ki, 1991-cı ilin oktyabr ayında Ter Petrosyan  Ermənistan tarixində  ilk prezident seçkilərinin qalibi olub. 5 ildən sonra 1996-cı ildə o, yeni seçkilərdə ikinci müddətə dövlət başçısı vəzifəsinə gəldi, hərçənd müxalifətçilər və bir sıra beynəlxalq təşkilatlar seçkilərdə saxtakarlıq olduqları barədə bəyan etmişdilər.

1998-ci ildə Levon Ter Petrosyan Rusiya qəzetlərində Qarabağ probleminin mərhələli şəkildə həlli üçün alternativsiz sülh planı barədə çıxış edir. Layihəyə əsasən  Dağlıq Qarabağa məxsus rayonlar Azərbaycana qaytarılmalı, sonrakı mərhələdə danışıqlar nəticəsində ərazinin statusu müəyyənləşməli idi. Dağlıq Qarabağın erməni icması – ermənistanın o zamankı baş naziri Robert Köçəryan olmaqla  səhra komandirləri , «erkarpa» yarımhərbi təşkilatı Ter Petrosyanı xəyanətlə ittiham edərək, istefa verməsini tələb etmişdilər. İş o əddə çatdı ki, Təhlükəsizlik  Şurasının iclasında  Robert Köçəryan masaya  tapança qoyaraq, Ter Petrosyanın alnına güllə ilə atəş açacağına işarə vurmuşdu. Güclü təzyiqlərə tab gətirməyən  Ter Petrosyan sonda istefa verdi və beləliklə, hər iki tərəf üçün ən münasib plan həyata keçmədi.

Bütün bu deyilənlərdən belə nəticə ortaya çıxır ki, Dağlıq Qarabağın işğalında Amerikanın xüsusi maraqlı olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
511

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
90
Şərhlər
İlhami Yılmaz tərəfindən 02-04-2014 09:51:27 tarixində yazıldı
Amerika Qarabağın Azərbaycana qaytarılmasının qarşısını necə alıb
birgün gelecek o amerikan piçleri ve ermeni köpekleri karabagın kanlarında bogulacaklar
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru