Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
11:56
“Azərbaycanda dövriyyədə olan dərmanların 30-35%-i saxtadır”
Eyyub Hüseynov: “Həkimlərlə firmaların qarşılıqlı əlaqəsi dərmanlarla bağlı vəziyyəti dəyişməyə imkan vermir”

“Ölkədə fəaliyyət göstərən həkimlərin əksəriyyəti dərman distiribüturlarının nəzarətindədirlər. Həkimlər firma dərmanları yazmaqla ayrıca böyük qazanclar əldə edirlər. Maraqlı olan budur ki, sözügedən problemlərin öhdəsindən nə Səhiyyə Nazirliyi, nə də ki, cəmiyyət gələ bilir.” 

Bu sözləri FaktXeber.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov apteklərdə baha qiymətə satılan firma dərmanları ilə bağlı açıqlama verərkən qeyd edib. Halbuki həmin dərmanları əvəz edəcək və eyni effekti verən ucuz dərmanlar da mövcuddur.

1 ilə yaxındır ki, Səhiyyə Nazirliyinin dərmanların qiymətlərinin aşağı salınması və stabilləşdirilməsi ilə bağlı işlər gördüyünü bildirən ekspert, “təəssüf ki, görülən işlərin hələki hər hansı bir müsbət nəticəsi yoxdur. Görünür müvafiq dövlət orqanları bunu təsdiq etməlidirlər. Bunun üçün ilkin tələbat dərmanlarının böyük bir siyahısı hazırlanmalı və onların sabit qiyməti təsdiq olunmalıdır”, - deyə qeyd etdi: “Əlbəttə ki, bahalı dərmanların kifayət qədər alternativləri də var. Lakin həkimlərlə firmaların qarşılıqlı əlaqəsi dərmanlarla bağlı vəziyyəti dəyişməyə imkan vermir. “ 

Eyyub bəy sonda bildirdi ki, dünyadakı saxta dərman dövriyyəsinin həcmi 30-60% arasındadır: “Azərbaycanda isə bu göstərici 30-35%-dir”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 23:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com