Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
11:13
Azərbaycanda orta məktəb şagirdi qətlə yetirilib

Bakıda 16 yaşlı oğlan qətlə yetirilib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Binəqədi şosesində qeydə alınıb.

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayev bıçaq xəsarətləri alıb. M. Abdullayev ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Polisdən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com