Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
11:01
2731
Bakıdakı söküntü işləri mənzil qiymətləri ilə bağlı proqnozları alt-üst edib
Ramil Osmanlı: “Əmlak bazarında artan qiymətlərlə bağlı nəyisə proqnozlaşdırmaq çətindir”

“Ölkədə nə qədər ki, söküntülər və iri tikinti layihələr həyata keçirilir, bu baxımdan əmlak bazarında artan qiymətlərlə bağlı nəyisə proqnozlaşdırmaq çətindir. Son 2-3 ilin təcrübəsinə uyğun olaraq deyə bilərik ki, ölkə ərazisində həyata keçirilən söküntülərin hamısı əmlak bazarının qiyməti ilə bağlı qoyulan proqnozları alt-üst edib.”  

Bu sözləri FaktXeber.com-a Əmlak Bazarı İştirakçılar” İB-nin icraçı direktoru Ramil Osmanlı, son vaxtlar artan mənzil bazarı qiymətləri ilə bağlı açıqlama verərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, indiki halda mənzillərin qiymətlərinin artacağına və ya azalacağına dair hər hansı bir proqnoz vermək qeyri-professionallıqdan xəbər verir: “Düşünürəm ki, söküntü işlərinin çoxalması nəticəsində bazara axışan əlavə pul kütləsi bahalaşmanı davam etdirəcək. Yeni tikililərlə köhnə binalardakı mənzilləri müqayisə etdikdə belə bir qənaətə gəlmək mümkündür ki, təzə binalardakı qiymət artımı birbaşa təkrar mənzil bazarından asılıdır. Belə ki, sahibkarlar qiymətə nəzarət etsələr də, təkrar bazarda qiymət artdıqca onlar da qiymətləri bahalaşdırırlar. ”

Dünyanın inkişaf etmiş və normal ölkələrində mənzillərin qiymət artımını şərtləndirən əsas amilin tələb və təklifin olduğunu söyləyən ekspert, “yəni tələb artdığı halda təklif stabildirsə, qiymət də stabil şəkildə artacaq. Tələb artıb təklif düşəcəyi halda isə, qiymətlər daha da sürətlə artır. Deyilənlərin əksi isə qiymətlərin ucuzlaşmasına gətirib çıxarır”, - deyə bildirdi: ”Azərbaycanda isə deyilən göstəricilər bir çox hallarda özünü doğrultmur. Buna səbəb isə inhisarçılıq kimi amillərdir.” 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 18:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com