Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
11:00
Çilidə zəlzələ: Qadın həbsxanası dağıldı, 300 məhbus qaçdı

FaktXəbər-in verdiyi məlumata görə Çilidə 8,2 bal gücündə dəhşətli zəlzələ baş verib. Hökumət  Çilinin və Perunun  sahilyanı  ərazilərində evakuasiya elan edib. Hadisədən 45 dəqiqə sonra 6,3 fut (1,92 m) hündürlükdə ilk sunami sahilləri vurub.

Yeraltı təkanlar nəticəsində İkike şəhərində qadın həbsxanası dağılıb. Nəticədə cəzaçəkmə müəssisəsindən kütləvi qaçış həyata keçirilib.

DİN məlumatına görə, həbsxanadan bir dəfəyə 300 məhbus qaçıb, onlardan yalnız 16-sı ələ keçib.

Hələ ki, ölən və yaralananlar barədə dəqiq məlumat verilmir. Çilinin eyniadlı əyalətində elektriklər kəsilib, torpaq sürüşmələri və dağıntılar qeydə alınıb.

Ekvadorun  sahilyanı ərazilərində isə həyəcanın  qırmızı səviyyəsi edan edilib, evakuasiyaya başlanılıb.

Kolumbiya, Panama, Kosta-Rika, Salvador və Nikaraquada sunami təhlükəsi barədə xəbərdarlıqlar edilib.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com