Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
10:23
`Daş qayaya rast gəldi`
"Barsa"nı məğlubiyyətdən Neymar xilas etdi

FaktXəbər-in verdiyi məlumata görə, Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 görüş keçirilib. Matçlardan biri İspaniya, digəri isə İngiltərə baş tutub. La Liqada çempionluq uğrunda bir-birinə rəqib olan “Barselona” ilə “Atletiko”nun yolu qitənin ən nüfuzlu klub turnirində də kəsişib. “Nou Kamp”da reallaşan matçda favorit meydan sahibləri sayılsa da, qonaqlar sürpriz edərək 1:1 hesablı bərabərliyə nail olublar.

İngiltərə Premyer Liqasında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunyated”in rəqibi isə “Bavariya”dır. Turnirin sonuncu qalibi “Old Trafford”dan sərfəli nəticə ilə ayrılmağı bacarıb. "Bavariya" qalib gələ bilməsə də, Münhendə keçiriləcək cavab oyununa rahat çıxacaq.

1/4 final mərhələsi
İlk oyunlar

“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) - 1:1
Qol: Neymar, 71 - Dieqo, 56

“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:1
Qol: Vidiç, 58 - Şvanştayqer, 67

Xatırladaq ki, 1/4 final mərhələsinin digər 2 oyunu bu gün baş tutacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com