Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
10:06
Bundan sonra `halal` olmayacaq
Azərbaycanda daha bir yeni standart qüvvəyə minib

Bu “Halal qida. Ümumi tələblər” adlı dövlət standartıdır. Yeni tələblər kolbasa, sosiska və digər ət məhsullarına aiddir. Artıq bu gündən bu standarta cavab verməyən məhsulların üzərindəki "halal" sözü yığışdırılacaq. Standartlaşdirma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları artıq  kolbasa və digər ət məhsullarının satış və istehsal müəssisələrində reydlərə başlayıblar.

Əsas məqsəd üzərində "halal" yazılan kolbasa və sosiskaların dövriyyədən çıxarılmasıdır. Komitədən bildirirlər ki, əslində sahibkarlara hələ yanvar ayından vaxt verilib ki, "halal" sözünü məhsulların üzərindən çıxarsınlar. Çünki hələ ölkədə bu standarta uyğunluğu təsdiqlənən məhsul yoxdur. Həqiqətən də halal standartına uyğun məhsul istehsal edən iş adamları isə komitəyə müraciət edib sertifikat ala bilərlər. Artıq ilk müraciətlər olsa da, hələ ki sertifikat alan yoxdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com