Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
21:03
Pərviz Həşimlinin məhkəməsi davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin müxbiri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib. Üç şahid ifadə verib.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci  və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrara törədildikdə) maddələri ilə ittiham olunur. İttihama görə, Pərviz Həşimli və Təvəkkül Qurbanov İrandan gətirilən silahların alveri ilə məşğul olub.

Həşimlinin həyat yoldaşı İlahə Həşimli Turan-a bildirib ki, şahidlərin ifadələri ibtidai istintaqa verdikləri ifadələrlə üst-üstə düşməyib. Şahidlərin biri hətta hadisənin harada baş verdiyi və nəyə şahidlik etdiyi barədə danışa bilməyib. “Mənim 75 yaşım var. Bu gün yediyimi sabah unuduram”, deyə şahid bildirib.

Həşimli Təvəkkül Qurbanovun oğlunun yenidən məhkəməyə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Onun fikrincə, ata ilə oğulun ifadələri bir-birinə uyğun gəlmir. Belə ki, ata oğlunun imtahanlarına Həşimlinin kömək etməsini xahiş etdiyini bildirir. Oğlu isə imtahanlarla bağlı hər-hansı probleminin olmadığını  bildirib.

Jurnalistin vəsatəti Təvəkkül Qurbanovla onun arasında mübahisəyə səbəb olub. Hakim vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə aprelin 7-də saat 10.00-da işini davam etdirəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com