Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
20:56
Nazirlik şikəst hala saldığı insana yardımdan imtina edir

Çərşənbə axşamı RATİ-də vəkil Elçin Namazov Bakı sakini Şəhriyar Əliyevin sağlıq durumu ilə bağlı mətbuat konfransı keçirib.

Ş.Əliyevin valideynləri uşaq 5 yaşında ikən, yəni, 2011-ci ildə soyuqdəymə ilə bağlı Nəsimi rayon 3 saylı uşaq poliklinikasına müraciət ediblər. Həkim Fəryal Əliyeva müalicə təyin edib. Həkimin müalicə təyinatına yazdığı iynələrin vurulması Ş. Əliyevdə şok effekt yaradıb. Məlum olub ki, müalicə səhv təyin edilib. 12-13 yaşlı uaşqlar üçün təyin edilən iynələr 5 yaşlı uşağa vurulub.

Bundan sonra Ş.Əliyevin qaraciyər və dalağında böyümələr başlayıb. Valideynləri onun müalicəsi üçün əllərindən gələni etsələr də müsbət nəticə alınmayıb. Daha sonra Ş.Əliyev müalicə üçün İrana aparılıb. Burada isə aydın olub ki, iynələr uşağın dalağını zədələyib. İran həkimləri xəstəliyin tam aradan qaldırılması üçün iliyin dəyişdirilməsinin lazım olduğunu deyiblər. Bir çox ölkələrə müraciətdən sonra ancaq Danimarkada xəstəliyin müalicəsini üzərinə götürən klinika tapılıb. Amma bunun da müalicə haqqı bahadır və təqribən 250 min manata başa gəlir.

Daha sonra ailə xaricdə müalicə üçün Ş.Əliyevi Səhiyyə Nazirliyinin vətəndaşların ölkədən kənarda müalicə almaq komissiyasında yoxlamadan keçirib. Nə qədər təəccüblü olsa da komissiya Ş.Əliyevin müalicəsinin Azərbaycanda mümkün olması barədə rəy verib. Komissiya  təkrar yoxlama zamanı yenə bu rəyi verib. “Bu, Səhiyyə Nazirliyinin sağlamlığına zərbə vurduğu vətəndaşın taleyinə biganə yanaşması, məsuliyyətini dərk etməməsidir”, - E.Namazov nazirliyin mövqeyinə münasibətini ifadə edib. Məhz həkimin səhlənkarlığı, səriştəsizliyi üzündən Ş.Əliyevin sağlamlığını itirdiyini deyən vəkil nazirliyin onu tam sağaltmağa borclu olduğunu nəzərə çatdırıb.

Ş.Əliyevin anası Şəhla Əliyeva övladının sağlamlığına ağır zərbə vuran həkim F.Əliyevanın şiddətli töhmət aldığını deyib. Buna cavab olaraq Ş.Əliyevaya zəng edən F.Əliyeva “heç kimin ona heç nə edə bilməyəcəyi”ni deyərək anaya sponsor taparaq övladını sağaltmaq “tövsiyə”si verməyi də unutmayıb. Səhiyyə Nazirliyi isə uşağın taleyilə ümumiyyətlə maraqlanmayıb. Yalnız bir dəfə Hacıyeva soyadlı əməkdaş ailənin evinə gələrək Ş.Əliyevin xəstəlik sənədlərilə maraqlanıb. Uşağın müalicəsilə bağlı nazirliyin ailəyə köməyi olacağı haqda ümidverici heç nə deməyib. “Ölkənin ən qiymətli kapitalı onun insanıdır, Səhiyyə Nazirliyi isə yarıtmaz müalicəsilə şikəst etdiyi vətəndaşın, insanın, uşağın taleyinə belə biganə yanaşır”, - vəkil E.Namazov nazirliyin mövqeyini tənqid edib.

Səhiyyə Nazirliyi ailəyə verdiyi arayışda Ş.Əliyevin həkimin yartımaz müalicəsi nəticəsində sağlamlığını itirdiyini qeyd etsə də müalicəsilə bağlı xərcləri öz üzərinə götürməkdən imtina edir.    

Buna görə vəkil nazirliyi məhkəməyə verdiyini bildirib. Məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com