Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Aprel

2014
17:17
1779
Bakıda qadınların həbsxanalara gətirdiyi sovqatlardan daha nələr çıxmadı?

Bakıda sovqatların içərisində həbsxanalara xeyli sayda qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Tosif Yusif oğlu Mirzəyevə vətəndaş Elnarə Etibar qızı Şirinovanın göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı "KAİJA" adlı konservləşdirilmiş balıq bankasının içərisindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 (bir) ədəd qulaqcıq, xalis çəkisi 2,98 qram olan narkotik maddə qurudulmuş "marixuana", xalis çəkisi 22,778 qram olan narkotik maddə "Tiryək" və xalis çəkisi 0,533 qram olan narkotik maddə "Heroin" aşkar edilərək götürülüb.

Qeyd edək ki, Tosif Mirzəyev Cinayət Məcəlləsinin 234.4.3; 206.2 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Telman Quflan oğlu Bayramova vətəndaş Gülmira Bahadur qızı Məmmədovanın göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Shokki-mokki" adlı şokoladlı yağ qutusunun içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Telman Bayramov Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nemət Elxan oğlu Həsənovun yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Türkan Mais oğlu Həsənzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarın cibindən daxilində "Sim" danışıq katrı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və sovqatın içərisində olan gödəkçənin cibində gizlədilmiş mobil telefona məxsus elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nemət Həsənov Cinayət Məcəlləsinin 182.1; 150.2.5 və 62 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Hər üç fakt üzrə araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru