Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
16:58
2730
QMİ `Kəşfül-Həqayiq`i yenidən nəşr etdi
Mirməhəmməd Kərim Bakuvinin əsəri Qurani-Şərifin Azərbaycan dilində təfsiridir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin yeni nəşri həyata keçirilib. QMİ-dən FaktXəbər-ə verilən məlumata görə, Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan bu əsər üç cilddə müasir üslubda nəfis şəkildə çap edilib.

Nəşrin baş məsləhətçisi QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.

“Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynəlabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaradıb və müəllifə böyük şöhrət qazandırıb.

Kitabın Təqdimat hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətə layiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulanıb.

Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunub.


Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 10:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com