Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
16:59
Elxan Şahinoğlu: “Ərdoğan çox gözəl anlayır ki, bu hərəkatı boş buraxsa, radikal nurçular onun sonunu yaxınlaşdıracaqlar”

“Nurçularla bağlı belə bir rəvayət var idi ki, Fətullah Gülən olmadan Ərdoğan hökumətinin davamlılığı mümkün deyil. Necə ki, ilk dəfə Ərdoğan seçkilərdə qalib gələndə Fətullah Gülən hərəkatının əməyi də vurğulanırdı. Lakin sonuncu seçkilər göstərdi ki, deyilən fikirlərin hamısı nağıldır.” 

Bu sözləri FaktXeber.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Türkiyədə keçirilən sonuncu seçkilərdə Ərdoğan hökumətinin qalib gəlməsi və bundan sonra nur camaatını gözləyən tale ilə bağlı açıqlama verərkən qeyd edib. 

Politoloqun sözlərinə görə, sonuncu seçkilər onu göstərdi ki, nurçuların hətta elektorat bazası belə yoxdur: “Belə ki, Ərdoğan hökuməti Gülən Hərəkatı ilə İttifaqda olduğu 2009-cu il seçkilərində 35% səs toplamışdısa, Gülənlə savaşda olduğu sonuncu seçkilərdə topladığı səs faizi 45 oldu. Bu isə onu deməyə əsas verir ki, Gülən hərəkatının heç bir elektorat bazası yoxdur. Digər tərəfdən seçkilərdən sonra Ərdoğan hökuməti müxalifətlə münasibətləri yaxşılaşdırmaq istəsə belə, Gülən Hərəkatına qarşı ciddi mübarizəyə başlayacaq. Ona görə ki, Gülən hərəkatı mövcud durumda AKP üçün həm siyasi müxalifətdən, həm də ki, vaxtı ilə Ərdoğanı devirmək istəyən hərbi generallardan daha təhlükəlidir. Ərdoğan çox gözəl anlayır ki, bu hərəkatı boş buraxsa, radikal nurçular onun sonunu yaxınlaşdıracaqlar. Çünki  bunlar həqiqətən dövlət içində dövlətdir və nazirləri dinləmək qabiliyyəti var. Rüşvət skandalı da onu göstərdi ki, Gülən hərəkatı 30 ildə dövlətin içinə girərək ciddi şəkildə şəbəkələşib.” 

Yaxın aylardan başlayaraq Türkiyədə nurçulara qarşı savaşın daha da sərtləşəcəyini bildirən ekspert, “ola bilsin ki, hərəkata bağlı iş adamları və vəzifəlilər cinayətə cəlb edilsin. Eyni halda Fətullah Gülənə bağlı media qurumları və təhsil ocaqlarının bağlanması da gözlənilir”, - deyə qeyd etdi: “Digər tərəfdən yaxın müddətdə Fətullah Gülənlə bağlı da cinayət işi açıla bilər. Amma inanmıram ki, ABŞ Fətullaha Güləni Türkiyəyə təhvil versin. ABŞ rəsmiləri də öz növbələrində açıqlama veriblər ki, onların Gülənlə hər hansı bir problemi yoxdur və o Pensilvaniyada yaşamaqla Amerika ilə eyni blokdan çıxış etmiş olur.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com