Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
15:49
`1 aprel`dən müsəlman qanının iyi gəlir”`

Müğənni Ayan Babakişiyeva “Gülüş günü” haqda fikirlərini bölüşüb. Müğənni bu barədə sosial şəbəkədə yazıb:

“XV əsrin sonlarında xaçlı ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun müddətli savaş qışın soyuğunun da yardımı ilə uzanır və müsəlmanlar qəhrəmancasına savaşırlar. Düşdüyü vəziyyətin çətinliyini anlayan xaçlı ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi qalanın önünə gələrək, bir əlində Quran, digər əlində də İncil olaraq, “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm” deyir. Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xaçlılara təslim edirlər. Səhər, yəni 1 apreldə xristian komandir bütün müsəlmanların öldürülməsi əmrini verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil” deyə, bütün müsəlmanları şəhid edir.

O gündən bəri 1 aprel xristianlar arasında “Hiylə- aldatma” günü kimi qeyd olunur.

Təəsüf ki, xristian dünyasının bütün iyrənc bayramlarını qeyd edən bizlər bu “bayram”ı da unutmamışıq... Halbuki dərindən araşdırıldıqda, bu “bayram”dan müsəlman qanının iyi gəlir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 22:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com