Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Aprel

2014
15:48
2390
Un bahalaşması həmişəki kimi özünü çörəyin çəkisində göstərəcək
Vahid Məhərrəmov: ”Çəki problemi alıcıların hiss edəcəyi səviyyədə olmayacaq“

“Amerika və Yaxın Şərqdə quraqlıq yaşandığı üçün bu il taxıl məhsullarının azalması gözlənilir. Digər tərəfdən Qara Dənizdə baş verən hadisələr Ukraynanın ixrac qabiliyyətini azaldacaq. Bu isə nəticədə dünyanın taxıl bazarına ciddi şəkildə təsir göstərəcək.”

Bu sözləri FaktXeber.com-a kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov son günlər dükanlarda unun qiymətinin 25% bahalaşması məsələsinə aydınlıq gətirərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, son illər Ukrayna taxıl üzrə dünya bazarında mövqeyini möhkəmləndirərək ixrac potensialını 25 milyon tona çatdırmışdı: “Bu isə dünya bazarına çıxarılan taxılın 12-13%-i demək idi. Ukraynada baş verən siyasi proseslər isə istər-istəməz dünya bazarına öz təsirini göstərəcək. 15 gün bundan öncə dünya bazarında buğdanın qiyməti 5%-ə qədər qalxmışdı. Azərbaycan da öz növbəsində hadisələri izlədiyinə görə, çalışır ki, hadisələri bir qədər qabaqlasın. Artıq başa düşməyə başlayıblar ki, Azərbaycan taxıl məhsuluna olan ehtiyaclarını onsuzda ödəyə bilməyəcəklər və idxaldan asılı vəziyyətdə qalmalıdırlar. Digər tərəfdən ən böyük taxıl ixracatçısı olan Qazaxıstanda da müəyyən amillərdən asılı olaraq, il-ildən məhsuldarlıq aşağı düşür. Bütün bunların hamısı Azərbaycanın un bazarının böyük oyunçularını qiymətləri artırmağa vadar edib. ” 

Unun qiymətinin qalxmasının həmişə olduğu kimi çörəyin çəkisində özünü göstərəcəyini söyləyən ekspert, ”çörəyin çəkisini azaltmaq, nəmliyini artırmaq, unun keyfiyyətini dəyişməklə qiymət artımını qarşılamağa çalışacaqlar”, - deyə bildirdi: “Təbii çəki problemi alıcıların hiss edəcəyi səviyyədə olmayacaq. Lakin bütün bunların müqabilində alıcılar əvvəlki günlərdən daha çox pul xərcləyəcək və daha keyfiyyətsiz çörək alacaqlar.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru