Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
15:25
Bakı sakinlərinə şad xəbər
Yeni yol istifadəyə verilir

Metronun "Gənclik" stansiyasının yaxınlığında salınmış yeni yol bir neçə gündən sonra istifadəyə veriləcək. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əvvəllər nəqliyyat vasitələri Vaqif prospektindən metronun "Gənclik" stansiyasının yaxınlığındakı yeraltı tunelə girərək Atatürk prospektinə, digər köməkçi yolla isə Fətəli xan Xoyski küçəsinə tərəf çıxa bilirdilər: "Lakin artıq Vaqif prospektindən yeni yol salınıb və indi yeni yol vasitəsilə avtomobillər Vaqif prospektindən köməkçi yan yol ilə həm Fətəli xan Xoyski, həm də sağa dönməklə Əhmədbəy Ağaoğlu küçəsinə, oradan isə Təbriz küçəsi istiqamətinə çıxa biləcəklər. Yeni salınmış ikizolaqlı yolun uzunluğu 800, eni 6,5 metrdir. Artıq yolu kənarındakı bürdürlər də düzülüb, hazırda 1,5 m enində səki hazırlanır".

P.Mürsəliyev yeni yolun istifadəyə verilməsi vaxtına da aydınlıq gətirib: "Səki salınması işləri bitəndən sonra yolun asfalt örtüyünün çəkilməsi və xətlərin çəkilməsi işləri aparılacaq. Yol artıq bir neçə gündən sonra istifadəyə veriləcək".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 23:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com