Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
15:00
Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

Aprelin 1-də Nəsimi Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxıb.

Vəkil Fariz Namazlı “Media forum”a bildirib ki, proses hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilib: “Anar Məmmədlinin istintaq yekunlaşıb, işlə tanışlıq mərhələsidir. Onun həbsdə qalması üçün qanunvericilikdə göstərilən hallar hazırkı işdə mövcud deyil. Yəni Anar Məmmədlinin iş üzrə sübutları saxtalaşdırmaq, eləcə də digər şəxslərə təsir etmək ehtimalı yoxdur. Amma vəsatət təmin olunmadı, məhkəmə hesab edir ki, Anar Məmmədlinin hələ də sübutları saxtalaşdırma ehtimali var”.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. O, külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 17:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com