Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
14:56
Elnur Məcidli axtarışa verildi
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib

O, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar etməkdə təqsirli bilinir. Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidlinin axtarışda olması barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib. BŞBPİ-nin saytında yayımlanan məlumatda bildirilir ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.

Xatırladaq ki, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxsi beş ilədək müddəti azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. E. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq isə 2011-ci ildə məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb.

http://az.apa.az/upload/images/news/2014/april/01/big/1bdb39b64785500e12a2c852ea236e7b.jpg

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 17:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com