Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
14:37
Gənc prokurorlar Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak ediblər

Martın 26-28-də Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının “Avrova İttifaqına üzv ölkələrdə hüquq mühafizə sahəsində əməkdaşlıq: reallıq və mif” mövzusunda 14-cü Avropa Regional Konfransı keçirilib.

FaktXəbər-in məllumatına görə, Böyük Britaniya və Niderland Krallığı, Rusiya, Avstriya, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Xorvatiya, Sloveniya və digər dövlətlərin prokurorluq orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Sahib İsmayılov və Preventiv tədbirlər və təhqiqat şöbəsinin prokuroru Heydər Məmmədov təmsil ediblər.

Konfransın açılışında Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş, Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiç və Ədliyyə Naziri Orsat Milyeniç çıxış ediblər.

Tədbirdə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, prokurorlar üçün qlobal elektron şəbəkənin təkmilləşdirilməsi, hüquqi yardımlar üzrə sorğuların icrası ilə bağlı yaranan problemlər və onların həlli yolları kimi aktual mövzularda məruzələr edilmiş, qabaqcıl dövlətlərin təcrübəsi müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə dair təkliflərini irəli sürüb, eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək səmərəli təcrübə mübadiləsi aparıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com