Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2014
17:08
Əlil və şəhid ailələrinə yeni yaşayış binası təqdim olunacaq

FaktXəbər-in verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa olunan 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Binadakı mənzillərin yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Hazırda nazirliyin sifarişi ilə əlil və şəhid ailələri üçün Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının inşası davam etdirilir. Həmin yaşayış binaları da cari il ərzində əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru