Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2014
17:12
Bakıda özünü asan fəhlə: `Mən sizə yaxşı ata ola bilmədim`

Ötən gün Bakının Nizami rayonu ərazisində kasıbçılıq üzündən bir fəhlə həyatına son qoyub. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, dünən saat 15:00-da Nizami rayonu Keşlə qəsəbəsi, Qafqaz küçəsi 47 ünvanında yşayan 1969-cu il təvəllüdlü Aslan Valeh oğlu Zeynalovun meyidi evdə asılmış halda tapılıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı kişinin intihar etdiyi məlum olub. Onun cibindən məktub tapılıb.

“Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”, - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, Aslan Zeynalov Nizami rayon İcra Hakimiyyətində fəhlə işləyir. Onun 2 övladı var. İlkin ehtimala görə, fəhlə kasıblıq üzündən özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
342
Şərhlər
Babayeva Shelale tərəfindən 31-03-2014 02:58:59 tarixində yazıldı
ALLAH REHMET ELESIN
ALLAH REHMET ELESIN
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 19:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru