Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2014
23:21
Zabratda öldürülən gəncin anası danışdı
"Oğlumu planlaşdırılmış şəkildə öldürdülər, neçə gündür, bizi güdürmüşlər"

Bunu APA TV-yə Zabratda 307 saylı məktəbin qarşısında şəxsi ədavət nəticəsində öldürülən tələbə Yaqub Musayevin anası deyir. Onun sözlərinə görə, dəfələrlə qarşı tərəfin təhdidləri, təhqiredici xəbərdarlıqları barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Lakin tədbir görülməyib.

Ailələr arasında ədavət 2 il əvvəl yaranıb. İki qardaş hazırda həbsdə olan Rabil Musayevin işlədiyi dükana gəlib, aralarında mübahisə olub. Həmin vaxt Ramil Musayev qardaşları bıçaqla vurub. Onlardan Rafael Fərəcov ölüb, Kamil isə digəri yaralanıb. Məhkəmənin hökmü ilə Rabil Musayev 14 il müddətinə azadlıqdan məhrum edilir: "Mənim 43 yaşım var. Cox şey yaşamışam həyatda. Amma bir şeyi bilirəm ki, mənim yoldaşım onu  təsadüfən öldürmüşdü. Qəsd yox idi. Onlarsa mənim balamı qəsdən öldürdülər".

Hadisədə təqsirləndirilən Kamil Fərəcov da demişdi ki, hadisədən sonra rayona gedib, qardaşının qəbrini ziyarət edib, sonra polisə təslim olub.

Sevinc Musayeva deyir ki, həyat yoldaşına hökm oxunanadan sonra dəfələrlə qonşularına barışıq təklif ediblər. Amma hər dəfə rədd cavabı alıblar. Sonda ailənin ikinci övladı Kamil Fərəcov 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürüb, onun bibisi oğlu 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi ov tüfəngi ilə yaralayıb.

Hadisədən sonra Ağsuya gedən Kamil Fərəcov orada tutulub.

Xəstəxanada olan Pərvin Mehdiyevin ağ ciyəri zədələndiyindən həyati təhlükəsi var.

Bu gün qətlə yetirilən Yaqubun üç mərasimi keçirilib. Sağ olsaydı, bu gün onun 20 yaşını qeyd edəcəkdilər...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3172

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2097
Şərhlər
Natavan Qarabağlı tərəfindən 27-03-2014 20:46:07 tarixində yazıldı
Zabratda
Əli qurusun bu tələbəni öldürənin. Bu nə şərəfsizlikdir belə? Bu nə vəhşilikdir? Hansı əsirdə yaşayırsız? Sizin bir böyügünü yoxdur? Bəlkə bu gənc oğlan təhsilini bitirib dəyərli bir alim olacaqdı Vətəni üçün...Bir qısa ömür yaşayırıq,adam qətlə yetirib,türmələrdə yatıb,nəslin qadınlarını türmə qabağında,tolkuçkalarda alver etdirib,özlərinə peredaça gətizdirib keçinənlər,belə hesab edirsiz ki, kiminsə qanını aldız,kişisiz? Belə kişilik olur? Əsil kişi ailəsinin başı üzərində olar.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 11:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru