Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2014
22:29
1118
DİN-dən həbs edilən taksi sürücüsü ilə bağlı açıqlama

Martın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qarşıdurmada döyüldüyünü iddia edən taksi sürücüsü İmran Eldarovun saxlanıldığı haqda xəbər vermişdik. İ.Eldarov bir neçə gün öncə musavat.com-a şikayət edərək bildirmişdi ki, martın 20-dən 21-nə keçən gecə polislər onu “Kaktus” restoranının yaxınlığında döyüblər (bu haqda başqa bir xəbərdə təfərrüatlı yazılıb). Haqqının bərpa olunmasını tələb edən şikayətçi martın 26-da polis tərəfindən saxlanılıb. Onu Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə çağırıblar, sonra isə barəsində həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bununla bağlı musavat.com-a yazılı açıqlama yollayıb. O, bildirir ki, marın 20-dən 21-nə keçən gecə bir qrup şəxs paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində yereləşən “Kaktus” restoranının yaxınlığında ictimai qaydanı kobud surətdə pozub: “Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan həmin ərazidə xidmət aparan polis əməkdaşlarına hücum etmiş, asayiş keşikçilərinə qarşı zor tətbiq edərək daş, dəmir parçaları, şüşələrlə onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər”.

O.Mansurzadənin sözlərinə görə, faktla bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılıb, cinayət tərkibi olduğu üçün toplanmış material idarənin istintaq şöbəsinə göndərilib, araşdırmanın aparılması baş müstəntiq Erol Əliyevə tapşırılıb: “Martın 21-də faktla bağlı Yasamal RPİ-də CM-nin xuliqanlıq maddəsi ilə cinayət işi başlanmış və istintaq qrupu yaradılıb. Baş vermiş hadisə zamanı müxtəlif bədən xəsarətləri almış şəxslər barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib, hadisə yerinə baxış keçirilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri aparılıb.  

Hadisə zamanı Yasamal rayonu Şərifzadə küçəsində avtoxuliqanlıq edən iki avtomobilin sürücüsü müəyyənləşdirilərək barələrində inzibati qaydada müvafiq tədbir görülüb.
Aparılmış araşdırmalarla həmin gecə polis əməkdaşlarına qarşı xuliqanlıq cinayəti törətmiş qrupun üzvlərindən bəzilərinin şəxsiyyətləri müəyyən edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İmran Eldarov da şübhəli şəxs qismində tutulub.
İstintaq hərəkətləri ilə İ.Eldarovun Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair kifayət qədər dəlil-sübut toplanmış, onun martın 20-dən 21-nə keçən gecə polis əməkdaşlarına qarşı xuliqanlıq etmiş qrupun ən fəal üzvlərindən biri olması, qanun keşikçilərindən birinə dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilmişdir.

Bütün bunlara baxmayaraq İmran Eldarov məsuliyyətdən yaxa qurtarmaq, ictimai rəyi azdırmaq və özünün günahsız obrazını yaratmaq üçün qabaqdangəlmişlik edərək "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamada polis əməkdaşlarına qarşı törədilmiş qatı xuliqanlıq əməli ilə hər hansı əlaqəsinin olmaması,  hadisənin mahiyyətini təhrif edərək qanun keşikçiləri ilə avtoxuliqanlar arasında mübahisə yaranması, özünün bu mübahisənin qurbanı olması, guya polis əməkdaşları tərəfindən döyülməsi barədə əsassız fikirlər səsləndirir. Bununla bağlı qəzetinizdə dərc olunmuş məqalədə bəzi polis əməkdaşlarının ərazidə olan vətəndaşlara qarşı guya zor tətbiq etməsi, hətta havaya atəş açılması barədə fikirlər də səslənibdir ki, həmin iddialar da həqiqətdən uzaqdır və şayiə xarakterlidir. Diqqətinizə çatdırıram ki, məlum qanunsuz əməl nəticəsində əməkdaşlarımıza daş, dəmir parçaları ilə ciddi müqavimət göstərilməsi və ağır xəsarətlər yetirilməsi ilə bərabər cinayətin iştirakçıları tərəfindən polisin 3 xidməti avtomobilinə də xeyli zərər vurulub.

Hazırda sözügedən cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulmaları istiqamətində polis tərəfindən zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
474

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
504

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
875
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru