Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2014
14:37
1845
Ağstafada Qarabağ döyüşçüsü adı altında insanların əmlakı mənimsənilir
Ağstafa sakini Əmirov Oqtay rayondak məmurlardan prezidentə şikayət ünvanlayıb

FaktXeber.com-un redaksiyasına daxil olan şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik. Mən Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu sizin sayt vasitəsilə cənab prezidentimiz İlham Əliyevdən xahiş edirəm Ağstafa rayon Dağkəsəmən kəndində özünü Qarabağ döyüşçüsü kimi təqdim edən Muradov Alikin (Qazaxlı Alik) və ona kənd sakinlərinin torpaqlarının mənimsənilməsində köməklik göstərən dövlət orqanlarının özbaşınalığına son qoyulmasına köməklik göstərəsiniz. Dağkəsəmən kəndində mənimlə birlikdə 4 ailənin torpağını özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək mənimsəyir. Kimə şikayət ediriksə heç kim bizim şikayətimizə baxmır. 2004-cü ildə mənə verilmiş həyətyanı torpaq sahəsinin həmkəndlim Muradov Alik Fuad oğlu tərəfindən zəbt olunması barədə 05.06.2013 cü il tarixində Ağstafa rayon məhkəməsinə iddia ərizəsi yazmışdım. 9 ay süründürməçilikdən sonra ekspertiza təyin olundu. 

13.03.2014 tarixdə gələn ekspertiza və Torpaq Xəritəçəkmə Komitəsindən gələn Etibar Əliyev və onunla gələn nümayəndələr şikayət elədiyim Alik Muradovun torpaq sahəsini ölçmədilər, onun sənədi ilə  faktiki olan torpaq sahəsini tutuşdurmadılar. Heç olmasa qaralama kimi istifadə olunan qeydiyyatı belə götürmədilər. 9 ay mübahisə doğuran torpağın müqəddəratı 20 dəqiqə müddətində olan baxışla yekunlaşdı.

 

Bu 9 ay müddət ərzində torpağımın əlimdən alınmaması barədə şikayətimin əvəzində Alik Muradov mənim sahibkarlıq fəaliyyəti göstərdiyim, ailəliklə işləyib çörəkpulu qazandığım qanuni sənədlə mənə məxsus olan yeməkxananı Ağstafa rayon məhkəməsinin hakimi Kamil Rzayevin çıxardığı qərəzli qərarla, heç bir araşdırma aparmadan 11.07.2013 tarixdən 30.09.2013 tarixədək həbslə bağlatdırıb, 8 nəfərdən ibarət ailə üzvlərimizin çörəyini kəsdi. Hörmətli Prezidentimiz sizin sahibkarlıq fəaliyyətinin heç kim tərəfindən müdaxilə olunmaması göstərişləri hakim Kamil Rzayev tərəfindən kobudcasına pozularaq fəaliyyət göstərdiyim yeməkxana 2 ay 20 gün müddətdə bağlı qaldı. Bu günə kimi də səbəbini başa düşə bilmirik.

İndiyədək mən və digər torpağı zəbt olunmuş kənd sakinləri hansısa orqana şikayət etmişiksə süründürməçiliklə qarşılaşmışıq. Mən başa düşə bilmirəm dövlətimizin qanuni sənədlə mənə məxsus olan torpağı niyə kimsə məndən qanunsuz yolla almalıdır. Torpağı mənə dövlətimiz verib sadəcə dövlətə verə bilərəm. Nəinki hansısa özünü Qarabağ döyüşçüsü kimi təqdim edib Qarabağın adına yaraşmayan hərəkətlər edən birinə.

Hörmətli Prezidentimiz Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm bu barədə araşdırılma aparılması üçün aidiyyəti orqanlara tapşırıq verəsiniz.

Əmirov Oqtay Musa Oğlu Ağstafa rayon Dağkəsəmən kənd sakini

  

   

   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2343
Şərhlər
Fərid tərəfindən 01-10-2017 14:55:52 tarixində yazıldı
(
Qanuni dövlət olmağımıza hələ çox qalıb.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru