Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2014
10:57
Bakıda təcili yardım həkimləri səfərbər edildi

Bu gün səhər saat 09:00-dan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejimində işləyəcək. Stansiyanın baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək şənlik və bayram tədbirlərilə əlaqədar stansiyanın briqadaları növbə çəkəcək. Bulvar ərazisində 4 həkim briqadası növbədə duracaq.

“Azneft meydanı, Kukla Teatrı, Qız qalası və Hökumət evinin qarşısında həkimlərimiz növbədə olacaq. Bundan başqa, Suraxanı rayonu ərazisində Atəşgahda həkimlərimiz növbədə olacaq”, - deyə Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, bayram günlərində iş günü olmadığı üçün paytaxtda təcili yardıma müraciət edənlərin sayı ikiqat artır. Bu səbəbdən də, adi günlərdən fərqli olaraq, bayram günlərində həkimlər daha çox çağırışlara gedirlər.

“Hazırda maşınlarımızın hamısı saz vəziyyətə gətirilib. Bütün təcili yardım stansiyalarında lazımı dərman və tibbi yardım məmulatları var. İnşallah ki, bu bayram günlərini də problemsiz keçirəcəyik. Poliklinikalar işləmədiyi üçün müraciətlərin sayı daha çox artır”, - deyə Zemfira Vahidova bildirib./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru