Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
16:04
Novruz bayramı günlərinin ilkin hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, martın 17-dək Azərbaycanda havanın temperaturunun gündən-günə yüksələcəyi gözlənilir. Arabir güclənən cənub küləyinin üstünlüyü gözlənilir. Martın 16 və 17-si gündüz saatlarında cənub küləyi güclənəcək.

Martın 17-dən 18-nə keçən gecə və martın 18-də səhər saatlarında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar ölkə ərazisində havanın temperaturu qısa müddətə enəcək.

Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 10-12 dərəcə isti olacağı gözlənilir. Martın 18-də günün ikinci yarısında şimal küləyi arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Hava dəyişkən buludlu olacaq.

Martın 19-dan ölkə ərazisində havanın temperaturunun yenidən yüksələcəyi ehtımal edilir. Martın 19-da gecə və səhər saatlarında şimal küləyinin sürəti bir qədər artacaq.

İlkin proqnoza görə, ölkə ərazisində martın 23-dək hava şərtaitinin mülayim olacağı gözlənilir.

Qeyd edək ki, hava proqnozu barədə proqnozlar yeniləndiriləcək və bu barədə əlavə məlumatlar veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42573

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40950

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41989

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47502

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41944

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 18:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru