Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
15:42
920
Mobil telefonlar üçün eyni adapterlər istehsal ediləcək

FaktXəbər-in verdiyi məlumata görə, Avropa Parlamentinin deputatları Avropa İttifaqında (Aİ) istifadə olunan bütün mobil telefonların eyni tipli enerji toplama qurğularından istifadə etməsinə səs veriblər. Bu barədə parlamentarilər tərəfindən radio avadanlıqlar haqqında Avropa Təlimatının yenilənməsinə həsr olunmuş qətnamədə deyilir.

Radio avadanlıqlar haqqında Təlimatın modernləşdirilməsi müxtəlif qurğular arasında uyğunsuzluğa son qoymaq üçün ən effektiv üsuldur. Mənə çox xoşdur ki, biz vahid enerji toplama sisteminin tətbiqi ilə bağlı razılığa gəlmişik. Bu, istehlakçıların marağına xidmət etməklə adapterlər ətrafında söz-söhbətə son qoyacaq və ətraf mühitin mühafizəsinə kömək edəcək, eləcə də elektron tullantıların həcmini hər il 51 ton azaldacaq”, - məruzə müəllifi, almaniyalı deputat Barbara Vaye deyib.  

Radio avadanlıq sahəsində Avropa qaydalarının modernləşdirilməsi nəticəsində vahid Avropada tezliklə eyni iş prinsipi ilə işləyən mobil telefon, avtomobil breloku və modemlərin buraxılacağı gözlənilir. Bu, ilk növbədə qurğular arasında uyğunsuzluğa son qoymaq, eləcə də vətəndaşların sağlamlığı üçün onlara zəmanət vermək məqsədilə həyata keçirilir.  

Qətnamədə qeyd olunur ki, Aİ-də satılan radio avadanlıq standartlaşdırılmış vahid enerji toplama sistemi ilə uyğunluq təşkil etməlidir. Lakin son sözü Avropa Komissiyası deməlidir. Məhz komissiya yeni tələblərdə yer alacaq qurğu növlərini müəyyənləşdirəcək.  

Bundan başqa, Avropa Komissiyası bəzi radio avadanlıq kateqoriyalarının icbari qeydiyyatını tətbiq edəcək. Bu səbəbdən istehsalçılar satışlara başlamazdan əvvəl müvafiq sertifikat almaq zərurəti ilə üzləşəcəklər. Deputatların sözlərinə görə, analoji məhsul reyestri ABŞ-da fəaliyyət göstərir. Nəticədə Aİ hakimiyyəti bu növ məhsullar üzərində əlavə nəzarət imkanı əldə edəcək.

Yenilənmiş təlimatın Avropa İttifaqı Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəyi gözlənilsə də, bunun üçün artıq qeyri-rəsmi razılıq alınıb. Bundan sonra Aİ-yə üzv ölkələrə yeni qaydaların milli qanunlara tətbiqi üçün iki il, şirkətlərə isə istehsal standartlarının dəyişdirilməsinə əlavə olaraq daha bir il vaxt veriləcək.    

2010-cu ildə Avropa Komissiyası belə təşəbbüslə çıxış edib. Komissiya Aİ-nin formal proseduralarına əməl etmək və Avropa qanunvericiliyinin yenilənməsini gözləməyərək mobil telefonların enerji toplayıcılarının vahid şəklə salınması təşəbbüsünü qaldırıb. Bununla belə, təşəbbüs könüllü xarakter daşıyıb və istehsalçıların heç də hamısı bu addımı atmayıb, - “İTAR-TASS” yazır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
354

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
441

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
493

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
967

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
581

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
561
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru