Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
15:36
Ərdoğan hökuməti bir addım da olsun geri çəkilmək fikrində deyil
İlham İsmayıl: “Bütün siyasi proseslərin sonu 30 martda bəlli olacaq”

Türkiyədə yaşanan gərgin siyasi proseslər 30 mart bələdiyyə seçkiləri ilə bağlıdır. Belə ki, hər seçki ərəfəsində Türkiyədəki siyasi aktivlik həmişə artan xətt üzrə inkişaf edir. Ona görə də bizlərdən fərqli olaraq onlarda bələdiyyə seçkilərində əldə edilən qabiliyyət, perspektiv parlament seçkilərin taleyinə birbaşa təsir göstərir.”

Bu sözləri FaktXeber.com-a Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq İlham İsmayıl son günlər Türkiyənin siyasi gündəmində baş verən sürətli gərgin siyasi proseslərlə bağlı açıqlama verərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı mövcud siyasi güclər bütün güclərini ortalığa qoyublar:  “Bir-birinə rəqib olan siyasi qüvvələr kompromat materiallar yayaraq öz tərəflərinə insanları daha çox çəkmək istəyirlər. Aydın məsələdir ki, Ərdoğan hal-hazırda zəifləmiş qalibdir. Onun istinad etdiyi qüvvələr isə az siyasiləşmiş və ya ümumiyyətlə siyasiləşməyən qüvvələrdir. ”  

Əvvəlki hakimiyyətlərdən fərqli olaraq Ərdoğan hökuməti dövründə korrupsiyanın azaldığını və əhalinin maddi rifahının qismən yüksəldiyini söyləyən ekspert, “ona görə də qeyri-siyasi kütlə Ərdoğan hökumətinin tərəfindədir və o da daima onlara əsaslanaraq rəqiblərini siyasi sandıq başı ilə hədələyir. Sözügedən kütlə Türkiyədə kifayət qədər böyük çoxluqdur”, - deyə bildirdi: 

“Bununla yanaşı rəqiblər əllərindəki kompromat materiallarla Ərdoğan hökumətini sözün əsl mənasında küncə sıxışdırıblar. Ona görə də Ərdoğan yumşalma prosesini həyata keçirmək üçün ordunun Türkiyədəki rolunu nəzərə alıb generalları şərti azadlığa buraxdı. Yayda başına zərbə dəyən Berkinin dəfn mərasimində polisin etirazçılara qarşı göstərdiyi münasibət ondan xəbər verir ki, Ərdoğan hökuməti bir addım da olsun geri çəkilməyib.” 

İlham bəy sonda bildirdi ki, bütün siyasi proseslərin sonu 30 martda bəlli olacaq: “Bələdiyyə seçkilərinin nəticələrindən bəlli olacaq ki, qarşıdan gələn parlament seçkilərində kim qalib gələcək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru