Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
11:56
687
Sürücülərə xəbərdarlıq edildi

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadaları diqqətli olmağa çağırıb. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bayram günləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarına, eləcə də rayonlardan paytaxta çoxsaylı insan axını gözlənilir ki, bu da yollarda nəqliyyatın hərəkətinin intensivliyi ilə müşayiət olunacaq:

"Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın yaxşı əhval-ruhiyyə ilə keçirilməsi üçün yola, səfərə çıxarkən qaydalara ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur".

K.Əliyev bildirib ki, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Şöbə rəisi piyadalara da müraciət edərək bildirib ki, paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olsunlar, haradan və necə gəldi yolu keçməsinlər: "Piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı keçidlərdən, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etsinlər. Habelə uşaqları nəzarətsiz buraxmasınlar".

K.Əliyev əhaliyə müraciətində isə bildirib ki, ilaxır çərşənbə ilə bağlı yolun hərəkət hissəsində tonqallar yandırmasınlar: "Bu həm avtomobillərin hərəkətinə mane olur, həm də nəqliyyat vasitələri hərəkətdə olarkən insanlar üçün müəyyən təhlükə yaradır".

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
475

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
504

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
876
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru