Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2014
15:41
1078
Jirinovski Qarabağı Rusiyanın tərkibinə qatmağı təklif edib
LDPR sədri: "O zaman ermənilər bizdən inciməz və azərbaycanlılar da bununla barışmaq məcburiyyətində qalacaqlar"

«Ermənistan və Azərbaycan  heç vaxt Qarabağ məsələsində razılığa gələ bilməyəcək. Buna görə ən yaxşısı budur ki, onu da  Rusiyanın  tərkibinə qataq. O zaman ermənilər bizdən inciməz və azərbaycanlılar da bununla barışmaq məcburiyyətində qalacaqlar. Çünki bu yer Ermənistanda qalmayacaq, Rusiyanın tərkibinə keçəcək».

FaktXəbər-in icnb.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyanın liberal demokratlarının başçısı Vladimir Jirinovski  jurnalistlərə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, keçmiş SSRİ-nin ərazisində olanlar arzu elədikləri halda  Rusiyanın tərkibinə qatıla bilərlər: "Qayıdın Rusiyaya və hamı üçün yaxşı olacaq. Hamıya demokratiya, yaxşı təminat, təhlükəsizlik vəd veririk. Hamı il-ildən daha yaxşı yaşayacaq".

Jirinovski son olaraq bildirib ki, bütün bu yerlər keçmiş Rusiya imperiyasının və Sovet İttifaqının ərazisidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
10

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru