Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2014
10:15
724
Sürücülərə ciddi xəbərdarlıq edildi

Azərbaycanda sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) adından sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar: "Yaşayış məntələqələrindən kənarda, habelə yaşayış məntərələrində avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu halda belə sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücülərimiz bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar".

Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir: "Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir".

Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
41

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1077

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
422

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
76
Şərhlər
Akif Heydərli tərəfindən 13-03-2014 08:07:48 tarixində yazıldı
Sürücülər də cəmiyyətdə olduğu kimi qanunla tənzimlənən kateqoriyalara bölündülər
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi idarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin sürücülərin nəzərinə yol hərəkətində yeni qaydaların tətbiqi və cərimələr cəmiyyətdə onsuz da oliqarxlarla sadə vətəndaşlar arasında olan fərqli yanaşmanın bütün hallarda real görüntülərini indi də sürücülərə şamil etməkdən başqa bir şey deyil. Bütün nəqliyyat vasitələrinin yanğından mühafiə, təcili tibbi yardım, qəza-xilasetmə avtomobillərinə yol vermələri başadüşüləndir. Amma vəzifəli şəxslərin mühafizəçilərinə,üzərində rəngli sxem,yazılar, tanınma nişanları, xüsusi işıq və səs siqnalları ilə təchiz olunan nəqliyyatlara yolun boşaldılması, əks təqdirdə cərimələrin tətbiq edilməsi qaydası onsuz da sağına-soluna baxmadan əzib keçən harınların əl-qolunu daha da genişləndirəcək. Məncə daha təhlükəsizi o ola bilərdi ki, cənab Kamran Əliyev Dövlət Yol Polisi adından "adi, sadə sürücülər yalnız yolun sağ kənar zolağı ilə nəqliyyat vasitələrini idarə edə bilərlər" ifadəsini deməklə onları cələcək xəta-bəladan qorusun.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 14:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru