Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2014
15:51
1483
Elxan Mehdiyev: ”Qarabağ problemi Azərbaycan hakimiyyətinin milli siyasətində çox aşağı bir yerdədir. Sanki Qarabağ problemi bunlar üçün 5-ci dərəcəli məsələdir`

Bu günə qədər ATƏT-in Minsk Qrupunun vasitəçiliyə ilə Qarabağ münaqişə ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında 47 dəfə görüş təşkil edilib. Lakin 20 ildən çoxdur ki, davam edən görüşlərdən sonra rəsmilər hələdə açıqlamalarında münaqişə ilə bağlı hər hansı bir irəliləyişin əldə edilmədiyini söyləyirlər. Bəs bundan sonra tərəflər arasında nə qədər görüş keçirilməlidir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad edilsin və münaqişə ilə bağlı problemlər öz həllini tapsın? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən Elxan Mehdiyev maraqlı fikirlər səsləndirdi. 

Elxan bəy bildirdi ki, səsləndirilən suala ən yaxşı cavabı ölkə başçısı İlham Əliyev verə bilər: “Çünki özü də çox gözəl bilir ki, bu günə qədər çox saylı görüşlər keçirilib və bunların heç bir nəticəsi olmayıb. Açıqlamaları zamanı daima bildirir ki, ermənilər məqsədli şəkildə vaxtı uzatmaq istəyirlər və biz hansı yolla olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Sevindirici hal bundan ibarətdir ki, İlham Əliyev artıq ermənilərin məqsədli şəkildə vaxtı uzatdığını anlayaraq başa düşüb. Bunun özü Azərbaycan üçün çox böyük bir uğurdur. Ermənilərin də belə bir mövqe sərgiləməsi başa düşüləndir ki, onlar bununla zaman udmaq istəyirlər. ”  

20 il atəşkəsin, 22 il isə ATƏT-in Minsk Qrupunun vasitəçiliyə ilə danışıqların davam etdiyini söyləyən ekspert, “sadəcə 22 il ərzində mövcud hakimiyyət torpaqları azad etmək fikrində olduğu qənaətinə gələ bilməyib. Buradan belə çıxır ki, Qarabağ problemi  Azərbaycan hakimiyyətinin milli siyasətində çox aşağı bir yerdədir. Sanki Qarabağ problemi bunlar üçün 5-ci dərəcəli məsələdir” – deyə bildirdi: 

“Bunlar Avroviziya mahnı yarışmasını, eyni halda 2015-ci il olimpiya oyunlarını təşkili üçün özlərinin bütün gücünü və resurslarını beynəlxalq səviyyədə səfərbər etdilər və nəticə də verdi. Lakin gəlin görək Qarabağdakı kəndlərdən birinin azadlığı üçün hakimiyyət səviyyəsində bu qədər cəhd edilibmi? Və ya Azərbaycan ordusu müharibəyə hazırlaşırmı? Hətta orduya torpaqların azadlığı üçün belə döyüş hazırlıq əmri verilməyib. Çünki orduya yalnız təmas xəttindəki atəşkəsi qorumaq əmri verilib. Ermənilər bizim yerimizə olsaydı, Azərbaycanı “torpaqları təcili şəkildə  bu gün, sabah boşaldacam” - deyə özlərinə yalvartdırardılar “ 

Elxan bəy onu da bildirdi ki, Azərbaycan bu illər ərzində erməni hərbi cinayətkarlar üçün beynəlxalq hərbi tribunal təşkil edə bilərdi: “Hətta onlarla bağlı Avropa ölkələrində müharibə cinayətkarı kimi məsələlər qaldırmaq mümkün idi ki, onlar heç yerə gedə bilməsinlər. Digər tərəfdən beynəlxalq komissiya və təşkilatlar vasitəsilə Azərbaycan əraziləri ilə bağlı  invertarizasiya işləri aparılmalı idi. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinin hamısını yer üzündən siliblər. Bu isə müharibə cinayəti sayılır. Ərazilərimizə dəymiş ziyan isə beynəlxalq məhkəmə vasitəsilə Ermənistanın belinə qoyulmalı idi. Xocalı ilə bağlı da eyni problemlər mövcuddur və fevral ayı gələn kimi yalançı işlərlə ayı başa vururlar. ”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
512

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
92
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru