Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2014
09:56
İsa Qəmbər Fətullah Gülənə necə təqdim olunub?
Camaat liderinə yazıldığı iddia edilən məktubda müxalifətə dəstəkdən söhbət gedir

Bizimyol.info-nun elektron ünvanına maraqlı bir məktub daxil olub. Məktubu Ahmet Saniç adlı bir şəxs 2011-ci il aprelin 5-də saat 03.45-də [email protected] elektron ünvanından [email protected] ünvanına göndərib. Fətullah Gülənə ünvanlandığı bildirilən məktubda Azərbaycanda mümkün hakimiyyət dəyişikliyi barədə söhbətin aparıldığı iddia olunur.
Məktubda deyilir:  “Azərbaycandakı müxalifət partiyalarında olan dostlarımızın verdiyi məlumatlardan belə bir qənaət hasil olur ki, Azərbaycanda iqtidarın dəyişməsi qaçılmazdır. Xüsusilə “ərəb baharı” adlanan proses Azərbaycanın daxili siyasi durumunu ciddi şəkildə etkiləyib. Bunu sosial paylaşma şəbəkələrindəki hərəkətliliyin birdən-birə yüksəlməsindən də görmək olur. Özəllikə Facebook-dakı hərəkətlilik diqqəti cəlb edir. Facebook üzərindən təşkilatlanan müxaifət partiyalarının gənclik qolları davamlı olaraq çevriliş çağırışları edirlər. Daha öncə Sizdən gəlmiş direktivlərə uyğun olaraq Bakıdakı məsul arkadaşlarımıza Hizmət hərəkatına mənsub gənclərin saxta profillərlə sosial şəbəkələrdəki fəaliyyət qoşulmalarını təmin etmək barədə təlimat vermişik. Azərbaycandakı indiki iqtidar getdiyində Müsavat Partiyasını başqanı İsa Qəmbərin prezident olması ehtimalı xeyli yüksəkdir. Məzhəb fərqinə baxmayaraq İsa Qəmbər mötədil və Türkiyəyə yaxın bir şəxs kimi tanınır. Onun prezident olasının Hizmet Hərkatımızın inkişafına yeni bir təkan verəcyini düşünürəm. Hazırda bizim Azərbaycan müxalifətinə açıq dəstək verməmiz mümkün deyil. Bu üzdən müxalifətin Facebook üzərindən təşkilatlanan gənclik qollarına gizli dəstək veririk. Ancaq məsələ ciddiləşərsə və müxalifətin küçə hərəkatı genişlənərsə, xüsusilə ABŞ və digər Qərb ölkələrinin Azərbaycandakı iqtidar dəyişikliyini dəstəkləmək qərarı verdiklərindən əmin olandan sonra  gənclərimizin müxalifət sıralarında açıq yer almasının daha münasib olacağını düşünürəm. Bu msələ ilə bağlı tövsiyə və əmrlərinizi gözləyrk. Sayğılarımla, Ahmet Saniç”.
Müsavat başqanının müavini Gülağa Aslanlı “Bizim Yol”aaçıqlamasında yayılmış məktubdan xəbərdar olduğunu bildirsə də, qeyd olunanları şərh etmək istəmədi.

«Biz həqiqətən belə ad-soyadda bir adamın olub olmadığını araşdırmalıyıq. Bunu bilmədiyim üçün məktub və orada qeyd olunan fikirləri şərh etməkdən uzağam”. G.Aslanlı yayılmış məktubun hakimiyyətin Müsavat Partiyasına qarşı qara PR məqsədilə bilərəkdən yaymasını da istisna etmədi.

“Azərbaycanda hər şey baş verə bilər və mən heç bir şeyə təccüblənə bilmərəm”, - deyə Müsavat başqanının müavini vurğuladı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
342

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 15:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru