Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2014
15:13
Sərdar Cəlaloğlu elmi araşdırmasını AMEA prezidentinə təqdim etdi

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə ilə görüşüb. Görüş S.Cəlaloğlunun təşəbbüsü ilə Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutub.

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, S.Cəlaloğlu akademiyanın prezidentinə öz elmi araşdırmaları haqqında məlumat verib və təklif etdiyi “mütləq nisbilik nəzəriyyəsi” adlı yeni ideyanın şərhinə dair kitabının əlyazmasını təqdim edib. 

Akademik A.Əlizadə görüşdə səslənən fikirləri maraqla qarşılayıb və təqdim olunan əsərin akademiyanın müvafiq strukturunda müzakirə olunacağını bildirib.

Görüş zamanı S.Cəlaloğlu indiyədək dərc olunmuş bir neçə kitabını da akademiyanın prezidentinə hədiyyə edib.    

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru