Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2014
16:04
Əbülfəs Qarayev baş katiblə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugün İƏT-in baş katibi İyad Bin Əmin Mədənini qəbul edib. ANS PRESS-in məlumatına görə, görüş zamanı Azərbaycanla İƏT arasında mdəniyyət və turizm sahələrində əlaqələrin hazırki vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıb. Nazir Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı İƏT-in tutduğu prinsipial mövqe, eyni zamanda “Xocalıya Ədalət” kompaniyasına göstərilən dəstəyin Azərbaycan dövləti və xalq tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Söhbət zamanı İƏT-in mədəniyyət, turizm, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün təmin olunmasında çox şaxəli fəaliyyətinin dünyanın beynəlxalq siyasətində mühüm rol oynadığı diqqətə çatdırıldı. Baş katibi İyad Bin Əmin Mədəni Azərbaycanla rəhbərlik etdiyi təşkilatar asında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın islam aləmində əhəmiyyətli mövqeyə sahib bir ölkə olduğunu vurğuladı. 

Görüş zamanı İyad Bin Əmin Mədəni Azərbaycanın fəal iştirakı ilə İƏT ölkələrinin mədəniyyət nazirləri ilə yanaşı həmdə başqa nüfuzlu şəxslərini özündə birləşdirən qurumun yaradılması, İƏT ölkələrinin mədəni qabiliyyətlərinin inkişafı ilə bağlı təlimlərin və turizm sahəsində xüsusi layihələrin həyata keçirilməsi təkliflərini irəli sürdü. Əbülfəs Qarayev öz növbəsində irəli sürülən təkliflərə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının vacib olduğunu qeyd esib. Nazir İƏT-in baş qərargahında xüsusi fotosərginin təşkili, İƏT-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış mədəni irsə dair xüsusi sənədin qəbul edilməsi təklifini də irəli sürdü.Yekunda müzakirə olunan məsələlər barədə konkret əməkdaşlıq planının hazırlanması qərara alındı. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17063

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15717

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17107

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16690

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22095

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16606

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16730
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 12:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru