Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2014
10:48
Lökbatandakı hadisə ilə bağlı cinayət işi açıldı

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə yerindən daha öncə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

"Azəriqaz"dan" daha öncə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

"Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60698

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60308

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60334
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 13:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru