Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2014
10:09
Lökbatanda qazdan kütləvi zəhərlənmənin səbəbi

"Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan odorant maddəsinin miqdarının normadan artıq olması göstərilir. 

Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələ ki, araşdırmalar davam edir".

A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz  verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır".

 A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur". 

"Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan odorant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələki araşdırmalar davam edir".

A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz  verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır".

 A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur. Ola bilər qazın verilişi təkrar bərpa olunduqda adrenat maddəsini yönləndirən krant açıq qalıb. Bu isə zəhərlənməyə səbəb olub".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60698

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60303

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60329
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru